Icma.az
close
up
RU
Zibil kapitalizmə qarşı: Friqanlar kimdir

Zibil kapitalizmə qarşı: Friqanlar kimdir

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Friqanlar maddi nemətlər - texnologiya, geyim və hətta ərzaq almaqdan imtina edirlər. Onlar lazım olan hər şeyi zibil qablarında, poliqonlarda və ya mağaza və kafelərin həyətyanı sahələrində tapırlar.
Stereotiplərə baxmayan friqanlar nəyisə satın almaqdan pul çatışmazlığına görə deyil, sırf ideoloji səbəblərdən tamamilə şüurlu şəkildə imtina edirlər. Onların fikrincə, atılmış əşyalardan t əkrar istifadə və ya istismardan çıxarılan, lakin hələ də istifadə oluna bilən məhsulların yeyilməsi resurslardan rasional istifadə etmək və istehlakda həddindən artıq iştirak etməmək üsuludur.
BMT-nin məlumatına görə, dünyada hər il təxminən 1,3 milyard ton qida atılır ki, bu da istehsal olunan bütün ərzağın üçdə birini təşkil edir. İnkişaf etmiş ölkələrdə həddindən artıq istehsal var, nəticədə çoxlu məhsul zibilliklərə düşür. Mağaza sahiblərinə korlanmış tərəvəz və ya meyvələri atmaq onları çeşidləmək üçün işçi götürməkdən daha ucuz başa gəlir.

Friqanlar planetin resurslarına yırtıcı münasibəti göstərən və yalnız mənfəəti düşünən istehlak cəmiyyətinə qarşı çıxırlar. Onlar bu sistemin bir hissəsi olmaq istəmirlər, ona görə də pul xərcləməkdən azad edə və ətraf mühitə təsiri azalda biləcək hər üsuldan istifadə edirlər. Bura təkcə zibil qutularında yemək axtarmaq deyil, həm də sərbəst şəkildə tərəvəz və meyvə yetişdirmək, təbiətdən yığmaq, ekoloji cəhətdən təmiz olmayan nəqliyyatdan imtina etmək, bir-birinə aktiv şəkildə fayda vermək də daxildir.
Bundan əlavə, friqanizm tərəfdarları evin imtiyaz deyil, hüquq olduğuna inanırlar. Bu səbəbdən tərk edilmiş binalarda yaşayır, onları özlərinə uyğunlaşdırırlar.
Friqanizm subkulturası vegetarianlığın əsasında yaranıb, lakin sonradan ondan ayrılıb. İndi bir çox friganlar ət və balıq yeyirlər ki, bu məhsullar xarab olmasın, çünki yeyilməsə, zibilliyə atılacaq. Belə insanlara "miqanlar" (ingilis dilindən meat - "ət" və freegan) deyilir.

Friqanları zibil qutularını eşələyən “bomj”larla qarışdırmaq olmaz. Çünki birincilər bunu pulsuzluqdan deyil, ideoloji səbəblərdən edirlər.
Azərbaycanda friqanlar varmı? Materialı hazırlayarkən biz nə qədər soraqlasaq da bu haqda məlumat tapa bilmədik. Əgər belə birini tanıyırsınızsa, bizə məlumat verməyiniz maraqlı olar.
Samir Quliyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Aprel 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri