Icma.az
close
up
RU
Zidan PSJyə rəhbərlik edə bilər

Zidan PSJyə rəhbərlik edə bilər


Fransalı mütəxəssis Zinəddin Zidan məşqçilik karyerasını “Liqa 1”də davam etdirə bilər.
Yeniavaz.com
“Transfer News Live”a istinadla xəbər verir ki, Fransanın “Paris Sen-Jermen” klubunun rəhbərliyi Zidanın namizədliyinə maraq göstərir.
Mənbənin məlumatına görə, Fransa çempionu PSJ-nin rəhbərliyi komandanın Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyəcəyi təqdirdə ispaniyalı baş məşqçi Luis Enrikeni istefaya göndərmək imkanını nəzərdən keçirə bilər.
Qeyd edək ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid”ə rəhbərlik edib.
Fransız məşqçi “Los Blankos”la birlikdə ikiqat İspaniya çempionu, iki dəfə İspaniya Superkubokunun qalibi və üç dəfə Çempionlar Liqasının qalibi olub.
seeBaxış sayı:30
embedMənbə:https://yeniavaz.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri