Icma.az
close
up
RU
Zimbabve parlamentinin sədrinə qarayaxma kampaniyaları barədə məlumat verildi

Zimbabve parlamentinin sədrinə qarayaxma kampaniyaları barədə məlumat verildi

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 18-də COP29 çərçivəsində Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Zimbabve Milli Assambleyasının sədri Yakob Mudenda ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, görüşdə Sahibə Qafarova Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın da COP29-da iştirak etməsini Zimbabvenin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini göstərdiyini deyib.

Parlament Görüşünün uğurla başa çatdığını qeyd edən Milli Məclisin sədri bildirib ki, iclasın yekunu olaraq qəbul edilmiş yekun sənəd iqlim dəyişikliyi məsələsində bizim ümumi mövqeyimizi əks etdirir. Vurğulanıb ki, belə beynəlxalq tədbirlər həm də görüşmək, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı əldə etmək baxımından vacibdir.

Yakob Mudenda həm COP29, həm də Parlament Görüşünün çox uğurla təşkil olunması münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın ev sahibliyi ilə keçirilən bu mühüm qlobal tədbirə beynəlxalq marağın böyük olduğunu bildirib. O, COP29 çərçivəsində keçirilən müzakirələrdə az inkişaf etmiş ölkələrə dəstək göstərilməsi ilə bağlı çağırışların vacib olduğunu söyləyib.

Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıq məsələləri də müzakirə olunub. Bildirilib ki, Azərbaycan Afrika dövlətləri ilə qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına sadiqdir. Zimbabve də onlardan biridir. Ölkələrimiz arasında müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində güclü siyasi əlaqələr və səmərəli əməkdaşlıq mövcuddur. Bu da öz növbəsində digər sahələrdə də əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar yaradır.

Söhbət zamanı Zimbabvenin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində daha fəal iştirak etməsinin önəmi qeyd edilib. Vurğulanıb ki, bu şəbəkə müxtəlif ölkələrin qanunvericilərinə geniş mövzular üzrə əhəmiyyətli müzakirələr aparmaq üçün əvəzolunmaz platforma təqdim edir.

Milli Məclisin sədri regionda mövcud vəziyyət haqqında da məlumat verib. Qeyd edilib ki, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi dövlətlər tərəfindən Azərbaycana qarşı təzyiq cəhdləri və qarayaxma kampaniyaları həyata keçirilib. O, xüsusilə COP29 ərəfəsində bu cəhdlərin daha da genişləndiyini bildirib. Sahibə Qafarovanın sözlərinə görə, iqlim dəyişiklikləri ilə bağlı məsələlər bütün dünyanı narahat edir və hər kəs bu məsələlərin həllinə töhfə verməlidir.

O, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yaşıl enerji layihələri, "ağıllı şəhər" "ağıllı kənd" konsepsiyaları əsasında görülən işlər barədə də qonağa məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri