Ziraat Bank Azərbaycan məktəblilər üçün maliyyə savadlılığı təlimi təşkil edib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Hər zaman korporativ sosial məsuliyyət layihələrinə xüsusi önəm verən Ziraat Bank Azərbaycan, bir daha gənclər arasında maliyyə savadlılığının artırılmasına yönəlmiş növbəti maarifləndirici layihəsini həyata keçirib. Bankın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Hədəf Liseyinin 9, 10 və 11-ci sinif şagirdləri Banka dəvət olunub və burada fəaliyyət göstərən departamentlərin iş prinsipləri ilə əyani şəkildə tanış olublar.
Departamentlərlə tanışlıqdan sonra şagirdlərə depozit və kredit anlayışları, onların hesablanma mexanizmləri, nağdsız ödənişlərin növləri və təhlükəsizlik prinsipləri, eləcə də POS terminallarının işləmə qaydası barədə ətraflı məlumat verilib. Şagirlərə həmçinin mobil bankçılığın iş prinsipləri nümayiş etdirilib və izah olunub. Layihə çərçivəsində 20-dən çox şagird bank əməliyyatlarını praktiki şəkildə yerindəcə izləyərək maliyyə qərarlarının verilməsində əsas prinsipləri öyrənib.
Ziraat Bank Azərbaycan ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 18 Noyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















