“Zirə” doğma meydanda üç xal axtarışında YENİLƏNİR
Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Misli Premyer Liqasında IX turun ilk oyun gününə yekun vurulacaq.
Apasport.az xəbər verir ki, günün son qarşılaşmasında “Zirə” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.
Rəşad Sadıqovun rəhbərlik etdiyi paytaxt təmsilçisi mövsümə ardıcıl üç qələbə ilə başlasa da, son beş turda qalib gələ bilməyib. “Sumqayıt” isə uğursuz startdan sonra toparlanaraq son iki qarşılaşmadan üç xalla ayrılıb.
Hazırda 12 xalı olan “Zirə” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Aktivində 8 xal olan “Sumqayıt” isə 8-ci yerdədir.
“Qartallar” beş oyunluq qələbəsizlik seriyasına son qoymağa, “kimyaçılar” isə ardıcıl üçüncü qələbəsini qazanmağa çalışacaq.
Qeyd edək ki, IX turun digər qarşılaşmaları sabah və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, IX tur
23 oktyabr
19:00. “Zirə” – “Sumqayıt”
Baş hakim: Tural Qurbanov
VAR: Kamal Umudlu
AVAR: Zöhrab Abbasov
Zirə İdman Kompleksinin stadionu
Famil Xəlilov: “Hədəfimiz Azərbaycanı layiqincə təmsil etməkdir” I Liqa: VIII turun oyun cədvəli müəyyənləşib II Liqa: IX turun oyun cədvəli açıqlanıb “Sabah” – “Qarabağ” matçının hakimi bəlli oldu “Kəpəz” məşqləri itkisiz davam etdirir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 23 Oktyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















