Icma.az
close
up
RU
“Zirə”nin legioner futbolçusu: “Meydanda qardaşlarıma qarşı oynamaq xüsusi hissdir” MÜSAHİBƏ

“Zirə”nin legioner futbolçusu: “Meydanda qardaşlarıma qarşı oynamaq xüsusi hissdir” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan futbolu ötən illə müqayisədə inkişaf edib. Legioner limitinin ləğvi bunun əsas səbəblərindən biridir”.

Bunu “Zirə”nin futbolçusu Leroy Mikels AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycanda ikinci mövsümü keçirirsiniz. Ölkə futbolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan futbolu ötən illə müqayisədə inkişaf edib. Legioner limitinin ləğvi bunun əsas səbəblərindən biridir. Limitin aradan qaldırılması meydanda keyfiyyətin artmasına gətirib çıxarıb. Bunu turnir cədvəlindən də görmək olur. Komandalar bir-birinə yaxın pillələrdə qərarlaşıblar və artıq liqada asan oyun qalmayıb.

- “Zirə”nin bu mövsüm Misli Premyer Liqa və Bizon Azərbaycan Kubokundakı hədəfləri nələrdir?

- Hədəflərimiz yüksəkdir. Yaxşı formamızı mümkün qədər uzun müddət qorumaq və mövsümün sonunda həm liqada, həm də kubokda zirvə uğrunda mübarizədə qalmaq istəyirik.

- Qardaşlarınız – Coy-Lens və Coy-Slayd da Azərbaycan çempionatında çıxış edir. Onlara qarşı oynamaq necə hissdir? Ümumiyyətlə, oyunlardan sonra görüşürsünüzmü?

- Qardaşlarıma qarşı oynamaq çox xüsusi hissdir. Bu imkana görə özümüzü şanslı hiss edirik. Belə oyunlar bir az daha şəxsi xarakter daşıdığı üçün qələbə qazanmaq istəyi daha çox olur. “Sabah”da çıxış edən Coy-Lenslə daha tez-tez görüşürəm, çünki hər ikimiz Bakıda yaşayırıq. “Karvan-Yevlax”ın formasını geyinən Coy Slaydla isə bu imkandan yararlanmaq çətindir. Çünki burada yaşamır. Onu adətən həftəsonları görürəm.

- Maraqlıdır, qardaşlar arasında ən istedadlısı hansıdır?

- Bu suala konkret cavab verə bilmərəm. Oyun üslublarımız müəyyən qədər oxşasa da, əslində fərqli xüsusiyyətlərimiz var. Bu, bir növ zövq məsələsidir.

- Növbəti turda sabiq komandanız “Şamaxı”ya qarşı oynayacaqsınız. Bu görüşün sizin üçün prinsipiallığı var?

- Köhnə dostlarımı görəcəyim üçün sevinirəm. Biz hər oyuna yalnız qələbə üçün çıxırıq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri