Icma.az
close
up
RU
Ziyafət Əsgərov: Azərbaycan Konstitusiyası dövlət quruculuğunda və ərazi bütövlüyünün təminində mühüm rol oynayıb

Ziyafət Əsgərov: Azərbaycan Konstitusiyası dövlət quruculuğunda və ərazi bütövlüyünün təminində mühüm rol oynayıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 aprel, AZƏRTAC

Bu gün Azərbaycan suveren və müstəqil dövlət olaraq, regionun ən inkişaf etmiş, iqtisadi və siyasi baxımdan lider ölkəsidir. Təbii ki, bu dövlətin inkişafında, ərazilərimizin işğaldan azad olunmasında və məsələlərin hüquqi müstəvidə həllində Azərbaycan Konstitusiyası olduqca mühüm əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirdiyi “Ümummilli Lider Heydər Əliyev - müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktik konfransda deyib.

O qeyd edib ki, Azərbaycan təxminən 30 il ərzində işğal altında olan ərazilərinin sülh yolu ilə azad olunması üçün Ermənistana və beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edib. Lakin tarix sübut etdi ki, nə qədər müraciət olunsa da, bugünkü dünyanın reallıqları fərqlidir.

“Çox təəssüf edirəm ki, bu gün dünyada hüququn gücü deyil, gücün hüququ hökm sürür. Biz nə qədər beynəlxalq hüquqdan danışsaq da, təəssüf ki, beynəlxalq hüquq faktiki olaraq güc hüququna çevrilib. Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi sənədlər, onun Nizamnaməsi, ölkələrin ərazi bütövlüyü, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri – bütün bunlar, əlbəttə, gözəl prinsiplərdir. Lakin təəssüf ki, biz bu sənədlərdən faydalana bilmədik. BMT-nin üzvü olmağımıza və həmin sənədlərin həm bizə, həm də Ermənistana aid olmasına baxmayaraq, bu 30 il ərzində nə BMT Təhlükəsizlik Şurası, nə ATƏT-in Minsk qrupu, nə Avropa Şurası, nə də Avropa İttifaqı məsələnin həlli üçün ciddi heç bir cəhd göstərmədi. Əslində, bu qurumlar münaqişənin və müharibənin uzanmasında maraqlı tərəf kimi çıxış etdilər”, - deyə sədr müavini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri