Icma.az
close
up
RU
“Ziyayi Qafqaziyyə” və Ünsizadə qardaşları

“Ziyayi Qafqaziyyə” və Ünsizadə qardaşları

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1875-ci ilin 22 iyulunda Bakı şəhərində ana dilində birinci qəzet nəşr olunub. Bununla da Azərbaycan dövrü mətbuatının bünövrəsi qoyulub. Lakin “Əkinçi”nin ömrü cəmi 2 il olub. Bundan 2 il sonra isə Səid Ünsizadənin əzmkarlığı və qətiyyəti ilə Tiflisdə “Ziya” adlı qəzet nəşrə başlayıb.

Səid Əbdürrəhman oğlu Ünsizadə (1845-1903) Şamaxıda doğulub. Seyid Əzim Şirvaninin Şamaxıdakı “Beytüs-səfa” ədəbi məclisinin, şəhərin “Sünni idarəsi”nin üzvü olub. Dindar bir ziyalı olduğundan “Qiraət” kitabı yazıb. Səid Ünsizadənin maarifçilik xidmətlərindən biri də Şamaxıda yeni üsullu məktəb açması idi. O, məktəbin bütün işlərini yaxın dostu Seyid Əzim Şirvaniyə tapşırıb.

Milli təhsilin və mətbuatın tarixinə dair tədqiqatlarda göstərilir ki, Səid əfəndi Şamaxıda şair təbiətli və dindar şəxs olan atası Əbdürrəhman əfəndinin yanında ibtidai, İraqda isə mükəmməl dini təhsil alıb, ərəb və fars dillərinə dərindən yiyələnib. Şamaxıda sünni idarəsinin üzvü olmuş Hacı Səid Tiflisdə Zaqafqaziya Sünni İdarəsinin üzvü seçilib. O, ictimai fikri formalaşdıran və millətin ayıq-sayıq olmasına, gələcək inkişafına yol göstərən mətbuatı yüksək qiymətləndirib.

Səid əfəndi 1876-cı ildə Tiflisə köçəndən sonra “1978-ci ilin 4 dekabrında Qafqaz senzura komitəsinə ərizə verərək “Ziya” adlı qəzetin nəşrinə icazə istəyib. 1879-cu ilin 14 yanvarında “Ziya”nın ilk nömrəsi nəşr olunub. Bu, milli mətbuatımızın xronoloji baxımından “Əkinçi”dən sonra ikinci qəzeti idi.

Bu ikili adla nəşr olunan qəzet XIX əsrin ikinci yarısında Azərbaycan xalqının ictimai yaşam tərzini, onun dünyaya baxışını, milli fikir və arzularını əks etdirməyə çalışıb, “öz dövrünün ayinəsi” kimi mövcud gerçəklərin əks etdirilməsinə xidmət edib. Bir sıra qısa və uzunmüddətli fasilələr nəzərə alınmazsa, onun fəaliyyəti 5 il yarım – 1879-cu ilin yanvarından 1984-cü ilin iyununa qədər davam edib. Bu müddətdə qəzet ilyarım daşbasma üsulu ilə nəşr olunub. 5 aydan sonra qəzet “Ziyayi-Qafqaziyyə” başlığı ilə nəşr olunub.

“Ziya” (“Ziyayi-Qafqaziyyə”) nin redakiyası 4 il Tiflisdə, ilyarım Şamaxıda fəaliyyət göstərmişdir. Qəzetinin nəşri mərkəzi Rusiyada və onun müstəmləkə ucqarlarında inqilabi düşüncənin və radikal fikirlərin təqib olunduğu mürəkkəb tarixi şəraitə təsadüf edib. Ona görə “Əkinçi”dən fərqli olaraq “Ziya” mülayim mövqe tutaraq liberal maarifçi kimi fəaliyyətə başlayıb. Naşir qəzetin fəaliyytini mədəni oyanışa istiqamətləndirib. O, bununla qüvvətlənən maarifçilik hərəkatının tələb və ehtiyaclarına xidmət edib. “Millət və vətənimizin tərəqqisinə, insaniyyət və islamiyyət aləminə” xidmət göstərmək qəzetin əsas məqsədi olub.

Naşir belə hesab edirdi ki, “zəmanənin tərəqqiyə nail olan hərəkatında sürət müşahidə olunur”. Buna görə də o, tərəqqi hərəkatına lazım olan vasitələri hazırlamaq uğrunda mübarizəni qzetin sas məqsədi sayırdı. Onun bu planlarında məktəb, əlifba, dil, dərslik məsələləri aparıcı yer tuturdu. Bu məsələlərin müzakirəsində S.Vəlibəyov, M.Şaxtaxtlı, Sədrəddinbəyov, Məhbus Dərbəndi və başqaları da iştirak edirdi. Fikirlər müxtəlif olsa da, onları yeni dövr Azərbaycan mədəniyyətinin İslam dini və milli zəmində qurulması ideyası birləşdirirdi.

“Ziya”nın səhifələrində S.Ə.Şirvani, H.Zərdabi, İ.Nazir, M.R.Daniş, İ.Nakam, S.Vəlibəyov və s. kimi qabaqcıl ziyalılar iştirak ediblər. Təəssüf ki, 1884-cü ildə bu qəzet də öz fəaliyyətini dayandırmağa məcbur olub.

Tədqiqatçılar onu da bildirirlər ki, sovet dönəmində mətbuat və ədəbiyyat tariximizin araşdırıcıları Ziya” (“Ziyayi-Qafqaziyyə”) qəzetlərinin ideya-siyasi istiqamətlərini obyektiv şəkildə təhlil etməyərək, bu mətbu orqanın yalnız islam ideologiyasını və xurafatı təbliğ etdiyini iddia ediblər. Son araşdırmalar bu deyilənlərin tam əksini ortaya qoyur. “Ziya” (“Ziyayi-Qafqaziyyə”) qəzetinin çox ağır şəraitdə, ciddi senzor basqıları ilə nəşr olunduğu aydınlaşıb. Qafqaz Senzura Komitəsinin “Şərq və yerli dillər” üzrə baş senzoru V.Bezabrazov “Ziya”nın yaradıcılıq mühitinə ciddi nəzarət edib. O, Azərbaycan dilində mətbuatın və nəşriyyat işinin “dövrünün çatmadığını” iddia edib, Səid Ünsizadə kimi ziyalıların əməyini “izafi iş” adlandırıb.

Ünsizadə qardaşlarının Azərbaycan mətbuatı üçün gördüyü işlər, etdiyi xidmətlər heç vaxt unudulmur. Onların fəaliyyəti barədə zaman-zaman məqalələr, monaqrafiyalar, elmi-tədiqat əsərləri qələmə alınır. 2023-cü ildə AMEA Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsnin mərhum əməkdaşı Müştəba Əliyevin “Ziyayi-Qafqaziyyə”nin bütün nömrələrini transfoneliterasiya edərək lüğət, izah və şərhlərlə hazırladığı toplu işıq üzü görüb. Kitabın baş redaktoru və “Ziyayi-Qafqaziyyə” qəzetinin Ədəbiyyat İnstitutu nəşri” adlı “Ön söz”ün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir.

Bu kitab çağdaş oxucuların milli mətbuatımızın 2-ci önəmli nəşri ilə əhatəli tanış olmasına, önəmli tədqiqatlar aparmasına lazımi zəmin yaratdı. Milli mətbuatımızın 150 illik yubileyinə əvvəlcədən layiqli töhfə olan bu irihəcmli toplu Ünsizadə qardaşlarının Vətən naminə vicdanlı mübarizəsinə də dərin ehtiramı ifadə edir.

Vüqar ƏHMƏD,
AMEA Ədəbiyyat İnstitutu mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri