Icma.az
close
up
RU
Ziyəddin Göyüşovun fəlsəfi etik irsi ilə bağlı dəyirmi masa keçirilib

Ziyəddin Göyüşovun fəlsəfi etik irsi ilə bağlı dəyirmi masa keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Ziyəddin Göyüşovun fəlsəfi etik irsi və müasir etikanın aktual problemləri” mövzusunda dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Ziyəddin Göyüşovun 105 illik yubileyinə həsr olunub.

Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə görkəmli alim Ziyəddin Göyüşovun elmi fəaliyyəti haqqında geniş və əhatəli çıxış edib. O, Z.Göyüşovun Azərbaycan fəlsəfə tarixinə və etikaya dair dəyərli əsərlərin müəllifi olduğunu bildirib. Qeyd edib ki, alim Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak edib, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olub. Z.Göyüşov sovet dönəmində yaşayıb fəaliyyət göstərsə də, vətənpərvər alim olması ilə hər zaman elmi müstəvidə milli məsələlərə daha çox diqqət ayırıb. Bu baxımdan Z.Göyüşovun əsərləri bu gün də yerli və beynəlxalq miqyasda alimlər tərəfindən oxunur və tədqiq edilir. İ.Məmmədzadə Z.Göyüşovun ensiklopedik alim olduğunu və onun əsərlərinin o dövrün gəncliyində böyük izlər buraxdığını qeyd edərək, həmin əsərlər sayəsində milli-mənəvi və elmi dəyərlərə sahib neçə-neçə alimlərin yetişdiyini vurğulayıb.

İ.Məmmədzadə görkəmli alimin əsərlərində milli maarifçilik məsələlərinin xüsusi yer tutduğunu və bu yolda apardığı tədqiqatlarda maarifçiliyin konturlarının bir az da genişləndiyini deyib. Bildirib ki, Z.Göyüşov “Azərbaycan maarifçilərinin etik görüşləri”, “Müasir burjua əxlaqının iflası”, “XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin əsərlərində əxlaq məsələləri”, “Əxlaqi sərvətlər”, “XIX – XX əsrlərdə Azərbaycanda etik fikir”, “Həzz və iztirab”, “Fəzilət və qəbahət”, “Daxilə pəncərə” və s. sanballı fəlsəfi-etik əsərləri ilə dəyərli irs qoyub gedib.

Digər çıxış edənlər də Z.Göyüşovun Azərbaycan etik fikrinin tədqiqində əvəzedilməz rolundan danışıb və onun elmi əsərlərinin XX əsrin sonlarında və indi də Azərbaycan gənclərinin etik tərbiyəsində dəyərli mənbə olduğunu vurğulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri