Icma.az
close
up
RU
Zöhrab Salam zadə: Hər gün ən azı bir şərti xətt çəkmək mənim üçün vacibdir

Zöhrab Salam zadə: Hər gün ən azı bir şərti xətt çəkmək mənim üçün vacibdir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəssam Zöhrab Salam-zadənin yaradıcılığından söhbət düşəndə, məlumatı olan insanlar dərhal onun Şərq koloritinə sonsuz vurğunluğunu qeyd edirlər. Bu, onun folklorla tarixin vəhdətini ehtiva edən hər bir rəsm əsərində görünür. Rəssamın özü də cin və dərvişlərə, su pərilərinə və əjdahalara həvəsini gizlətmir. Onun əsərlərinin süjetlərinin mərkəzində digər mistik varlıqlar da yer alır. Zöhrab bununla sanki özünün “1001 gecə” dastanını yaradır. Rəssam Bakıda, Berlində və İstanbulda çoxsaylı qrup sərgilərində və incəsənət layihələrində iştirak edib. Onun fərdi sərgisi 2019-cu ilin noyabrında “Baku Art Tower”də baş tutub. Zöhrabın səliqəli emalatxanasına daxil olarkən, onun ab-havasının füsunkarlığına valeh olmamaq mümkün deyil. İstər-istəməz özünə sual verirsən; müasir mənzilin interyerində XXI əsr insanının təxəyyülü ilə yaradılmış bu fantazmaqorik aləmlər bir arada necə mövcud ola bilirlər…

- Rəssam növbəti əsəri çəkməyə başlayanda ilk nöqtədən və ya xətdən dünyaya müəyyən bir müraciət formatının bünövrəsini qoyur...

- Təsiredici sözlərdir... Açıq deyim ki, mənim ona deyəcək əlavəm yoxdur... Həqiqi etirafım nə qədər qəribə səslənsə də, bu, belədir. Mən sadəcə olaraq rəsm çəkməyi xoşlayıram. Konkret bir mövzunu bəyənirəm. Rəssamlıqda müasir tendensiyaları xoşlamıram.

- Qəbuledilməzdir?

- Daha doğrusu, təsir etmir... Müasir “görünüş” özünəməxsusluğunu bir qədər itirib. Parlaq əyani nümunə olaraq, Bakıda və dünyanın digər şəhərlərində insanların üzərindəki geyimi göstərəcəyəm. Demək olar ki, hər kəs üçün və hər yerdə eynidir. Ona görə də mən müəyyən tarixi dövrü xoşlayıram. Burada ornamentlərdə daha çox stilistik həllər mövcuddur, onlar dərhal etnik mənsubiyyət anlayışını verir. Şərq, türk, asiyalı, ərəb və digər geyimlər yaradıcılığımda aparıcı istiqamət olub. Nüansları ətraflı şəkildə üzə çıxarmağa çalışıram. Baxmayaraq ki, bəzi elementləri kitablardan, filmlərdən, muzey kolleksiyalarından götürdüyüm tarixi faktlar prizmasından keçirdiyim təxəyyülümə uyğun əlavə edirəm.

- Tarix yaradıcı özünüifadənin bir stimulu kimidir?

- Tarixə olan tükənməz sevgimi hər zaman vurğulayıram. Bu mövzuda filmlərə, videolara, verilişlərə baxıram. Muzeylərdə olanda, birbaşa tarixi geyimlərin, silahların, hər hansı məişət əşyalarının eksponatlarına maraq göstərirəm. Bir az sonra onlar əsərlərimin obrazlarına çevrilirlər. Məsələn, Azərbaycan kişiləri üçün ənənəvi olan bığa qulluq vasitələrini süjetlərimdə tez-tez istifadə edirəm. Ya da ki, dərvişlərin haradasa qonşu ölkələrdə deyil, bizim bölgədə necə geyindiyini çəkmək mənə daha çox maraqlıdır. Bu hallarda da tarixi mənbələrin öyrənilməsi və axtarışı prosesi gedir. İncə detallar vasitəsilə istər-istəməz müəyyən bir nağıl ab-havası yaranır...

- Nağılları təsvir edirsiniz?

- Düşünmürəm… Burada, çox güman ki, fərqli bir qavrayışı təqdim etmək cəhdi var... Məsələn, mən bu yaxınlarda bir filmdə uşaqların oynayarkən ip bağlanmış kiçik stəkanı qulağına tutub onun vasitəsilə necə ünsiyyət qurduğunu gördüm. Bir fikir yarandı: axı bu, rəsm əsəri üçün süjetə çevrilə bilər: çoxotaqlı böyük bir saray, onlardan birində rahat şəkildə oturmuş sultan, məftilləri və ipləri ətrafdakı bütün məkanı bir-birinə bağlayan bir cihaz vasitəsilə sevgilisi ilə ünsiyyət qurur. Ancaq bütün əfsanəviliyə baxmayaraq, süjet tamamilə müstəqildir. Yaxud mənim gözümdə heyrətamiz şəkildə kosmik gəmilərə bənzəyən minarələr. Bu cür bənzətmə insanı düşünməyə vadar edir, bəlkə də o dövrün insanlarında belə bir cihazlar haqqında hansısa təsəvvürlər olub... Kim bilir, ola bilər ki, mənim bu fikirlərim tezliklə növbəti süjetə çevriləcək, kosmik gəmi Şərq minarəsi şəklini alacaq, illüminatorlar isə ənənəvi tağlar və şəbəkə üslubunda bəzədiləcək...

- İdeya əvvəlcə nəzərdə tutulanı dəyişdirməyə qadirdir?

- Proses zamanı eskizlər hər zaman yenidən düşünülür. Düzünü deyim, beynimdə o qədər kompozisiyalar var ki! Sadəcə olaraq xəyal edirəm ki, onları kətana köçürmək üçün kifayət qədər vaxtım olsun... Onların rəsm mücəssəməsini tapdıqları və kağız üzərində qalmadıqlarına görə ruhum rahat olsun. Bilirsiniz, mən rəsm prosesinin özündən zövq alıram. Bunun kətan və ya kağız olmasının fərqi yoxdur. Üç yaşımdan, əlimə karandaş alandan bir dənə də olsun boş vərəq buraxmamışam. Hər gün ən azı bir şərti xətt çəkmək mənim üçün vacibdir.

- Bu, bir növ asılılıqdır?

- Tamamilə mümkündür... Bir sənətçi kimi mənim gündəlik məşğuliyyətlərə müəyyən sistemli həvəsim var. Hansısa qüvvədən ilham almağımı gözləmirəm. Mən sadəcə oturub rəsm çəkirəm. İlham almağı düşünmürəm. Mənim praktik yanaşmam var. Bu, yaradıcı səslənməyə bilər, amma doğrudur. Daxili “mətbəxin” bəzədilməsinin hər hansı bir forması vasitəsilə mövqe ifadə etmək, prinsipcə, sənətkarlara xasdır. Lakin bunlar daha çox marketinq manevrləridir, kimsə deyəndə ki, məsələn, siqaret tüstüsündə nəsə görüb.

- Bəlkə də klişedir?

- Başa düşürəm ki, insanlar maraqlı bir hekayə gözləyirlər. Hansı ki, onların fikrincə, rəsmin yaradılması üçün təkan olmalıdır. Lakin məndə belə bir hekayə yoxdur. Mən sadəcə rəsm çəkmək istəyirəm...

- Amma, eyni zamanda, rəsm çəkərək bir növ nağıl dünyası yaradırsınız. Müəyyən bir sublimasiya formatı kətan üzərinə keçir …

- Tam ehtimal edirəm ki, bu, bizim genetikamızdan irəli gəlir. Uşaqlıqda bizə danışılan nağıllarla böyüyürük. Onlar bizim fantaziyalarımızı yaradır. Yadımdadır, Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olan ilk günlərdə hələ rəsm çəkməkdə mahir deyildim, amma kompozisiyanın ilk mövzusu kimi istədiyimiz nağılı seçə bilərdik. Odur ki, mən Məlik-Məmməd nağılı haqqında rəsm çəkdim, həmin əsəri indi də qoruyub saxlayıram. Bu yaxınlarda həyat yoldaşıma göstərdim və o, bunu başqasına göstərməməyi məsləhət gördü. Onunla razılaşdım, indiki prizmamdan rəsm çox pis idi, amma şəxsən mənim üçün tarixi əhəmiyyət kəsb edir. Məsələn, mən “Step IT Academy”də dərs deyəndə, kiminsə ilhamın olmaması və ya nəyinsə yolunda getmədiyi barədə danışdığı anlarda, bu əsəri nümunə kimi göstərirdim, özüm də oxşar mərhələlərdən keçdiyimi əyani şəkildə nümayiş etdirirdim. Sadəcə, irəliləmək və işləmək lazımdır ki, bu, şübhəsiz, nəticə verəcək... Beləliklə, ilk “ciddi nağıl təcrübəmə” qayıdaraq, o zaman çəkdiyimi görüb nəticəni bəyənmədiyimi dərk etdim və planlaşdırdığımı təqdim etmək üçün daha gözəl bir yol düşünmək qərarına gəldim. Bir neçə nağıl oxuyandan sonra başa düşdüm ki, heç də hamısını bəyənmirəm. Mən illüstrator deyiləm axı...

- Əsərlərinizin spesifikasını nəzərə alsaq, bu, bir qədər gözlənilməzdir …

- Mənə hərdən bəzi kitabları illüstrasiya etməyə təklif edirlər, lakin bu günə qədər bununla heç vaxt məşğul olmamışam. Sadəcə, anladım ki, beynim bu format üçün nəzərdə tutulmayıb. Düzünü deyim ki, müəyyən bir ədəbi süjet üçün necə çəkəcəyimi özüm üçün təsəvvür etməyə cəhdlər etdim. Lakin bu istiqamətin hekayənin əsas məqamlarına mütləq riayət etmək özəlliyi məni yormağa başlayır. Düşündüm ki, necə gördüyümü və necə hiss etdiklərimi çəkmək istəyirəm. Ona görə də səmimi şəkildə bundan imtina edirəm. Bəlkə də nə vaxtsa mənim də qavrayışım dəyişəcək və yaradıcılığımda illüstrasiya da mövcud olacaq. Amma hazırda səbrim çatmır...

- Bir sənətçi olaraq özünüzə heç vaxt nəyi rəva görmədiniz?

- Səliqəsiz bir iş görməyi! Mən belə bir şey etməyəcəyəm və etmirəm də. Ola bilsin ki, məndə nəsə dəyişə bilər, amma əminəm ki, bir şəxsiyyət kimi öz qaydalarımı pozmaram. Zamanla üslub dəyişə bilər. Bunu, məsələn, beş-on il əvvəl çəkilmiş rəsmlər təsdiqləyir. Üstəlik, bəzən onlara baxanda görürəm ki, bu gün başqa cür edərdim. Bəzən keçmiş əsərlərdə mənfi cəhətləri görməyə başlayırsan... Ehtimal edirəm ki, təxminən 10-15 ildən sonra indiki rəsmlərlə bağlı eyni fikirlər məndə də olacaq... Amma özümə və tamaşaçıya qarşı həmişə dürüst olacağam…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Mart 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see254

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see241

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see199

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see196

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see191

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see190

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see188

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see176

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see150

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see134

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see132

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see125

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see122

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see120

Simonyan: Azərbaycan Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək

10 Dekabr 2025 22:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri