Icma.az
close
up
RU
“Zombiləşən” GƏNCLİK “Bakıda da onları görəcəyik”

“Zombiləşən” GƏNCLİK “Bakıda da onları görəcəyik”

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, zombi tərzi dünyanın bir çox ölkələrində kütləvi hal almağa başlayıb. Bir neçə gün əvvəl Paris Moda həftəsində “Dior”, “Chloe” kimi lüks brendlər də trendə qoşulub.
Bununla demək istəyiblər ki, hətta qeyri-mükəmməllik də stilizə edilə, satıla bilər.
Bu tərz Tiktok platformasında yaranıb, feminist müğənni Lola Yanqın “Mən çox pintiyəm” mahnısının viral olması ilə başlayıb. 
Pinti görünüş bu günə qədərki səliqəli qız estetikasını, təmiz və sağlam həyat tərzini əvəzləyib. İndi gənc qızlar, əksinə, ütüləməkdən, təbii makiyajdan imtina edərək, bilərəkdən dağınıq geyinməyə başlayıblar. Sökük corablar, cırıq şalvarlar, əzik, saxta ləkəli köynəklər, pırtlaşıq saçlar - bu mövsüm qəfildən populyarlıq qazanıb. Gənc qızlar kütləvi şəkildə pintilik dəbini dəstəkləyib, “axmış” makiyajla küçələrə çıxıblar. 
Bu cür trendlərin hədəfi nədir?
Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Lalə Mehralı deyir ki, normal geyimlərin təqdimata, sərgiyə ehtiyacı olmur:
“Normal geyimə hər zaman ehtiyac olduğu üçün istehsalat heç zaman “axsamır”. Amma beynəlxalq aləmdə müəyyən yenilikçilər var ki, onlar zaman-zaman insanlara qeyri-ənənəvi geyimlər təqdim edir. Bu geyimlər bir çox hallarda xüsusi məqsədlər üçün hazırlanır.
Məqsədlərin də çox çirkin üzü olur. Həmin çirkinliklərdən biri odur ki, xüsusi qüvvələr insanları anormallığa təşviq edirlər. Onlar insanları normal həyat tərzindən uzaqlaşdıraraq anormal bir cəmiyyətə sürükləyirlər. Beləcə cəmiyyəti daha rahatlıqla idarə etməyə çalışırlar”.
Müsahibimiz deyir ki, anormallıq çox böyük ustalıqla təşviq edilir:
“Bu təbliğat kampaniyasına dünyanın ən populyar insanları cəlb edilir. Beləcə fenomenlərin təqdimatı ilə aparılan anormallıq kampaniyası cəmiyyətdə normal hal kimi qəbullanır. Bu həm də böyük biznesdir. Məsələn, primitiv ayaqqabılar, əzik, cırıq paltarlar “brend” adı altında çox baha qiymətə satılır. Son zamanlar pinti geyimləri ona görə dəb eləmək istəyirlər ki, normal və səliqəli insan görüntüsünü bizim yaddaşlarımızıdan silsinlər, yavaş-yavaş bizi anormallaşdırsınlar.
Çox təəssüf ki, xaraktercə zəif, öz fikri  olmayan insanlar belə təsirlər altına daha tez düşürlər. Belələri zənn edirlər ki, trend olan hər şey dəbdir və özünü müasir insan sayan hər kəs bu dəblə ayaqlaşmalıdır. Ona görə də tezliklə şəhərimizdə zombi geyimlərinin daşıyıcılarını görəcəyik. Onlar pinti geyimləri nə qədər dəb saysalar da, əslində belələri idarə olunan kütlənin bir parçasıdırlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 İyul 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri