Icma.az
close
up
RU
Gənclik yaşı

Gənclik yaşı

525.az saytına istinadən Icma.az xəbər verir.

Aysu KƏRİMZADƏ
BDU magistr, II kurs tələbəsi

Gənclik insanın ən məhsuldar olduğu, cəmiyyətdə özünütəsdiq üçün ən çox şəraitin yarandığı dövr hesab edilir. Sosiallaşmanın və ətraf mühitin təsiri nəticəsində bu yaş dövründə gənclər arasında, əsasən yeniliyə maraq göstərmə, dəyişkənlilik, təsir altına tez düşmə, özünü yenidən tərbiyə, zövqlərin dəyişməsi, şəxsiyyətin formalaşması kimi amillər özünü göstərir.

Cəmiyyətin əsas həyatverici təbəqəsindən olan, bir çox ölkələrdə dövlətin daima diqqət mərkəzində saxladığı gənclərin hansı yaş dövrlərini əhatə etməsi haqqında bir sıra mülahizələr mövcuddur.

Azərbaycan Respublikasının 2002-ci ildə qüvvəyə minmiş Gənclər siyasəti haqqında qanunda gənclik yaşı 14-29 yaş aralığı kimi göstərilib. Qanunda gənc ailə anlayışına da yer verilib. Respublikamızda 35-yaşadək şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn gənc ailə hesab olunur. Qanundan da gördüyümüz kimi, gənclik yaşı ölkəmizdə rəsmi olaraq 14 yaşdan, - yəni məktəb illərindən başlayır. Artıq 7-8-ci sinifdə oxuyan bir yeniyetmə gənclik illərinə qədəm qoyur və gənclərə məxsus imkanlardan istifadə edə bilir, sosiallaşmanın növbəti mərhələsinə keçid edir və artıq öz ətraf mühitini formalaşdırır. Uşaqlıq və yetkinlik arasında olan bu illər şəxsiyyətə çevrilmiş fərd üçün olduqca vacibdir. Gənclik illərində düzgün ətraf mühit qazanmaq, özünün yenidən tərbiyəsi üzərində işləmək, təhsildə və təşkilatçılıqda uğurlu olmaq, asudə vaxtın düzgün dəyərləndirilməsi, idman, incəsənət kimi xeyirli və yaradıcı hobbilər qazanmaq cəmiyyətə məhsuldar, intellektual səviyyəsi yüksək, inkişafa maraqlı, dövlətin maraqlarını müdafiə etməyə hazır gənclər yetişdirir. Məhz Azərbaycan Respublikasının Gənclər siyasəti haqqına Qanunu gənclərin azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsini, habelə adət-ənənələrə sadiq, cəmiyyətin mənəvi, sosial-iqtisadi həyatında fəal iştirakı əsas prinsiplərdən biri olaraq götürüb. Bunun əksinə olaraq, həmin illəri "avaralanmaqla" keçirən, özünə bir növ "investisiya" qoymayan, yanlış mühitə düşmüş, vaxtını düzgün məşğuliyyətlərə ayırmayan gənclərin təəssüf ki, gələcəkdə risk qrupuna daxil olan gənclər sırasına düşmə ehtimalı çoxalır. Bu nəinki fərdin özünə, habelə cəmiyyətə, dövlətə müəyyən mənfi təsir edir - deviant davranışlı şəxslərin sayı artır, gənclər arasında mənəvi və iqtisadi rifah səviyyəsi aşağı olur, əhalinin orta intellektual səviyyəsinə təsirsiz ötüşmür, müəyyən mənada dövlətin sosial siyasəti üzərində yük yaradır. Bunun qarşısının alınması üçün dövlətimiz gənclərə yönəlik bir sıra dövlət proqramları hazırlayır, gənclər təşkilatları ilə sıx işləyərək müxtəlif layihələrin reallaşdırılmasına öz dəstəyini göstərir.

Avropada gənclərin siyasətdə iştirak etməsi çox vaxt sosial şəbəkələr və digər qeyri-rəsmi fəaliyyətlər vasitəsilə olur. Mədəniyyətin və sosial şəbəkələrin təsiri altında gənclər, fərqli sosial hərəkatlara qoşulurlar. Bu hərəkatlar, çox zaman sosial bərabərlik, ətraf mühitin qorunması və insan haqları kimi məsələlər üzərində cəmlənir. Gənclər, daha çox öz ideyalarına uyğun siyasi mövqeləri mənimsəyərək bu mövqeləri ictimaiyyətə təqdim edirlər.

Digər bir yanaşma isə iqtisadi yanaşmadır. Xüsusən Avropada iqtisadi şəraitin vəziyyəti və əmək bazarının tələbləri gənclik dövrünü müəyyən edən mühim amillərdən hesaba olunur. Bəzi inkişaf etməkdə olan ölkələrdə gənclər iş tapmaqda çətinlik çəkir və bu məqamda təhsilin və təcrübənin önəmi artır. Gənclər təhsillərini başa vurduqdan sonra əmək bazarına daxil olmağa çalışır və iş həyatında atılan gənclər nəinki iqtisadi tələbatlarını ödəyə bilir, həmçinin siyasi həyata da maraq göstərirlər.

Bundan başqa, erkən gənclik dövründə gənclər çox vaxt məktəb və universitetlərdə siyasi təhsil alır, müxtəlif siyasi proseslər haqqında məlumatlar öyrənirlər. Siyasi təcrübə adətən kütləvi aksiyalar, tələbə hərəkatları, sosial şəbəkələrdə aktivlik və digər qeyri-rəsmi yollarla formalaşır. Bu yaşda olan gənclər tez-tez siyasi və sosial məsələlər haqqında daha radikal fikir sahibləri ola bilərlər. Bəzi hallarda isə onlar dəstəkləyici, vətənpərvər mövqeydən çıxış edə bilirlər. Sonrakı gənclik dövründə isə artıq siyasi təcrübə daha çox iş və şəxsi həyat təcrübəsi ilə əlaqəli olur. Gənclər, öz karyeralarını qurduqca və ailə həyatı qurduqca, siyasəti öz şəxsi həyatlarını təsir edən məsələlərə görə daha çox əhəmiyyətlə dəyərləndirirlər. Onlar siyasətdə daha praqmatik yanaşmalarla yanaşır və artıq daha çox siyasətin real həyatla necə əlaqəli olduğunu anlayırlar.

İnformasiya və texnologiyaların inkişafı və həyatımızdakı rolu da gənclərdən və onların siyasi həyatda iştirakından yan ötüşmür. Belə ki, gənclik yaşına yeni qədəm qoymuş şəxslər sosial media vasitəsilə daha çox siyasi xəbərləri, gedişatı izləmə imkanına malik olur və digərləri ilə birlikdə siyasi mövzuları müzakirə edə bilirlər. Artıq gənclik illərinin sonuna doğru bu tendensiyada da azalma müşahidə olunur. Bu zaman gənclər siyasəti daha çox peşəkar və ənənəvi kanallar vasitəsilə izləyirlər.

Siyasi qərarların qəbulunda məsuliyyət məsələsinə gəldikdə isə erkən gənclik dövründə, gənclər siyasətdə hələ çox təcrübəsizdirlər və bəzən siyasi qərarlar onların gündəlik həyatlarına birbaşa təsir etməyə bilər. Bu dövrdə siyasi qərarlara təsir etmək və onları həyata keçirmək üçün daha çox social hərəkatlar və geniş ictimaiyyətin dəstəyinə ehtiyac duyurlar.

Gənclik illərinin sonuna doğru onlar daha çox hökumət və siyasi strukturlarda məsuliyyət alır, siyasi proseslərə daha çox daxil olur və öz qərarlarını daha çox praktiki təcrübəyə əsaslanaraq qəbul edirlər.

Gənclik dövrünün əvvəlində və sonunda siyasi həyatda iştirakda baş verən dəyişikliklər əsasən təcrübə, sosial vəziyyət, şəxsi inkişaf və yaşla əlaqədardır. Erkən gənclik dövründə siyasi fəallıq daha çox yenilikçi, idealist və təcrübəsiz olur, gec gənclik dövründə isə daha çox konkret, praktiki və təcrübəyə əsaslanan siyasi fəaliyyətlərə yönəlir. Hər iki dövrün özünəməxsus əhəmiyyəti var və gənclərin siyasi həyatda iştirakı həm fərdi inkişaf, həm də cəmiyyətin inkişafı üçün vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see383

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see382

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see291

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see268

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see220

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see207

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see205

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see196

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see189

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see186

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see175

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see172

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see171

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see167

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see167

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see165

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see160

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see159

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see154

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri