BDU da “WUF13 Gənclik simulyasiyası”
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 14 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına (WUF13) və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “WUF13 Gənclik simulyasiyası” adlı tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi gənclərin şəhərsalma və ekoloji problemlərin həlli istiqamətində yanaşmalarını nümayiş etdirmək olub.
Simulyasiyada dünyanın müxtəlif ölkələrini (Azərbaycan, ABŞ, Türkiyə, Danimarka, Fransa, Norveç, İtaliya, Almaniya, Çin, Portuqaliya, Birləşmiş Krallıq, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya, Niderland, Hindistan, Kanada, İsveçrə və İndoneziya) təmsil edən tələbələr iştirak ediblər. Hər bir iştirakçı təmsil etdiyi ölkənin ekoloji problemlərini təhlil edərək, bu problemlərin həlli üçün hazırladıqları şəhərsalma modellərini və layihələri təqdim edib.
Simulyasiya zamanı iştirakçılar qlobal ətraf mühit və şəhərsalma problemləri ətrafında geniş fikir mübadiləsi aparıblar. Davamlı şəhər inkişafı, təbii resursların qorunması, təmiz enerji istifadəsi və ekoloji cəhətdən dayanıqlı şəhər infrastrukturlarının qurulması kimi mövzularda müxtəlif yanaşmalar səsləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 Aprel 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















