Icma.az
close
up
RU
Vətənpərvər gənclik olmazsa...

Vətənpərvər gənclik olmazsa...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Gələcəyini düşünən dövlət gənclərin inkişafına qayğı göstərir

Tarix hər zaman sübut edib ki, bir dövlətin gəncləri vətənpərvər olmadığı təqdirdə həmin cəmiyyətlərdə müəyyən parçalanmalar gedə bilər. Belə ölkələrdə milli kimliyin zəifləməsi, gənclərin öz tarixi, mədəniyyəti və adət-ənənələrini dərk etməməsi, cəmiyyətə bağlılığın azalması kimi hallar yaşanır. Bundan başqa, sosial məsuliyyət hissi zəifləyir, tarixi və mədəni irsin qorunmasında boşluq yaranır, tarixi qəhrəmanlar və milli dəyərlər unudula bilir.

Vətənpərvərlik gənclərdə məsuliyyət, dözümlülük və liderlik bacarıqlarını gücləndirir. Bu hiss olmazsa, gənclərin şəxsiyyət inkişafı da ləngiyə bilər. Sevindirici haldır ki, Azərbaycan gəncləri tarixən vətənpərvər ruhda böyüyüblər, dövlətimizin bu sahədə siyasəti təqdirəlayiqdir. Bu, həm fərdi, həm də ictimai inkişaf baxımından çox önəmlidir. Gənclərin vətənpərvər ruhda yetişməsi üçün hər zaman sistemli və davamlı işlər aparılıb. Bu siyasət gənclərin milli kimlik və vətən sevgisini qoruyub saxlayıb.

Məlumdur ki, məhz gənclərimizdəki vətənpərvərlik, vətənə bağlılıq hisləri sayəsində  heç bir qüvvə qabağımızda dura bilmədi. İkinci Qarabağ müharibəsindən əvvəl, müharibə zamanı və müharibədən sonra bizi hədələməyə çalışırdılar. Amma bütün səylər puça çıxdı. Çünki heç kim gənclərimizin iradəsini əyə bilmədi. Vətənpərvər gənclərimiz ləyaqətimizi, qürurumuzu, müstəqilliyimizi heç kimə güzəştə getməyib, getməyəcək də.

İnkişaf və inteqrasiya gənclərlə addımlayır...

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır: “Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam artıb. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün daha səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərlə addımlayır. Dövlətin və cəmiyyətin gələcəyi gənclərdir və gələcəyini düşünən dövlət gənclərin inkişafına qayğı göstərir. Gənclərin inkişafına yardım edən hər bir dövlət  bununla öz xoşbəxt və firavan gələcəyini təmin edir”.

Ailələrin təbliğatdır vacibdir

F.Şahbazlı vurğulayıb ki, bu istiqamətdə gənclərin birləşdiyi təşkilatların üzərinə böyük məsuliyyət düşür: “Onlar da gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün çalışmalıdırlar. Ölkə başçısının qeyd etdiyi istiqamətdə müvafiq qurumlar Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, eyni zamanda, ictimai təşkilatlar rol oynamalıdırlar.

Təbii ki, bu mövzuda ən vacib məqamlardan biri ailələrin apardığı təbliğatdır. Hər şeydən əvvəl üzərində yaşadığımız, suyunu içib, çörəyini yediyimiz Azərbaycanın varlığı bizi ona sədaqətlə xidmət etməyə, ona bağlı yaşamağa sövq edir.

İndiki halda hesab edirəm ki, Azərbaycan gəncliyi olduqca vətənpərvər, Vətənə, millətə sevgi duyacaq ruhda yetişib. Əminəm ki, bu gənclik özündən sonrakı gəncliyi də belə vətənpərvər yetişdirəcək. Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan  hər bir Azərbaycan gənci müstəqilliyimizin əbədi olması uğrunda mübarizə aparmağa hər an hazırdır”.

Sahib

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Avqust 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri