Icma.az
close
up
RU
zonasına aid informasiya sistemlərində ilk dəfə keçirilən “Bug Bounty” proqramı yekunlaşıb

zonasına aid informasiya sistemlərində ilk dəfə keçirilən “Bug Bounty” proqramı yekunlaşıb

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yerli kibertəhlükəsizlik startapı olan “Qarabug” platforması vasitəsi ilə GOV.AZ zonasına aid informasiya sistemlərində ilk dəfə həyata keçirilən “Bug Bounty” proqramı uğurla yekunlaşıb.
"APA-Economics" xəbər verir ki, cari ilin aprel – iyul aylarını əhatə edən layihə çərçivəsində könüllü olaraq təhlükəsizlik üzrə zəiflikləri aşkara çıxaran mütəxəssislər, sadəcə texniki bacarıqlarını deyil, həm də vətəndaş məsuliyyətini və dövlətin rəqəmsal gələcəyinə olan töhfələrini nümayiş etdirdilər. Bu, açıq və şəffaf yanaşmanın, həmçinin ictimai iştirakçılığın uğurlu nümunəsidir.
Tədbirin açılış mərasimində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisi, general-mayor Azər Əhədov “bug bounty” layihəsinin həyata keçirilməsinin dövlət informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasında ictimai və peşəkar potensialın birləşdirilməsinin bariz nümunəsi olduğunu qeyd edib. Eləcə də A. Əhədov Xidmətin Təhlükəsizlik Əməliyyatlar Mərkəzinin monitorinq və reaksiya qabiliyyətinin artırılması və istedadlı gənc mütəxəssislərin müəyyən olunmasın baxımından layihənin əhəmiyyətli rol oynamasını vurğulayıb.
Daha sonra çıxış edən “Qarabug” startapının təsisçisi Miraqşın Abutalıbov uğurla başa çatan “Bug Bounty” proqramının gələcəkdə daha geniş miqyaslı layihələrə ilham verəcəyini və kibertəhlükəsizlik üzrə yerli potensialın inkişafına töhfə verəcəyini qeyd edib. O əlavə edib ki, informasiya təhlükəsizliyi sahəsində belə uğurlu layihələrin artılırması üçün bu təcrübə öyrənilməli və paylaşılmalıdır.
Ümumilikdə qeydiyyatını təsdiq etmiş 600 nəfərdən 39 nəfərin aktiv iştirak etdiyi proqram çərçivəsində təhlükəsizlik zəifliklərinin aşkarlanması və peşəkar şəkildə sənədləşdirilməsinə görə ən yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılıb. Birinci yeri qazanan Nicat Abbaslı - 10.000 manat, ikinci yerin qalibi Fuad Anzurov - 7.000 manat, üçüncü yerin sahibi Qərib Quluzadə isə 5.000 manat pul vəsaiti ilə “Bug Bounty” proqramının qalibləri elan olunaraq mükafatlandırılıblar. Yüksək nəticələrinə görə dördüncü, beşinci və altıncı yerləri tutan iştirakçılara isə fəxri fərmanlarla yanaşı qiymətli hədiyyələr təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 İyul 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri