Icma.az
close
up
RU
XRİTDX Bug Bounty proqramına start verir

XRİTDX Bug Bounty proqramına start verir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və yerli “BugBounty” platforması “QaraBug” ilə kibermühitdə davamlı təhlükəsizliyin təmin edilməsi və milli kibertəhlükəsizlik ekosisteminin inkişafı məqsədilə dövlət qurumlarının "bug bounty" mükafatlandırma proqramına start verir.

Dövlət Xidmətindən XQ-yə verilən məlumata görə, bu təşəbbüs həmin dövlət qurumlarının informasiya ehtiyatları və sistemləri üzrə kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, özəl-dövlət əməkdaşlığında etibarlılığın artırılmasına və dövlət qurumlarına məxsus informasiya ehtiyatlarında mövcud olan boşluqların aşkarlanmasına yönəlmişdir. Layihə kiberboşluqların tapılması və mükafatlandırılması ("bug bounty") mədəniyyətinin ölkəmizdə daha geniş formalarda tətbiq edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Proqram cari ilin 20 oktyabr – 15 noyabr 2026-cı il tarixlərində həyata keçiriləcəkdir. Bu müddət ərzində informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislər, tədqiqatçılar və etik hakerlər dövlət qurumlarına aid informasiya ehtiyatları və sistemlərində texniki zəiflikləri aşkarlayıb hesabat təqdim etməklə mükafat qazanmaq imkanı əldə edəcəklər.

"Bug bounty" proqramının əsas məqsədləri:

Dövlət sektoruna məxsus informasiya sistemlərində və ehtiyatlarında texniki zəifliklərin aşkarlanması;

Kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış yerli mütəxəssislərin və tədqiqatçıların stimullaşdırılması;

Kiberdayanıqlığın gücləndirilməsi istiqamətində açıq əməkdaşlıq mühitinin formalaşdırılması;

Etik hakerlik mədəniyyətinin inkişaf etdirilməsi.

Proqram çərçivəsində təqdim olunan zəifliklər risk səviyyəsinə uyğun olaraq qiymətləndiriləcək və müvafiq xallarla dəyərləndiriləcəkdir. Proqramın sonunda ən çox xal toplayaraq ilk üç yeri tutan iştirakçılar pul mükafatı və sertifikatla təltif olunacaqdır.

Proqrama qatılmaq istəyən iştirakçılar www.qarabug.az saytına daxil olaraq ətraflı məlumatlar əldə etməklə yanaşı qeydiyyatdan keçməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri