Icma.az
close
up
RU
“Bug Bounty” proqramı uğurla başa çatdı

“Bug Bounty” proqramı uğurla başa çatdı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Qısa başlıq: Cari ilin 18 iyul tarixində “Bug Bounty” proqramının qalibləri mükafatlandırılmışdır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yerli kibertəhlükəsizlik startapı olan “Qarabug” platforması vasitəsi ilə GOV.AZ zonasına aid informasiya sistemlərində ilk dəfə həyata keçirilən “Bug Bounty” proqramı uğurla yekunlaşdı.
Cari ilin aprel – iyul aylarını əhatə edən layihə çərçivəsində könüllü olaraq təhlükəsizlik üzrə zəiflikləri aşkara çıxaran mütəxəssislər, sadəcə texniki bacarıqlarını deyil, həm də vətəndaş məsuliyyətini və dövlətin rəqəmsal gələcəyinə olan töhfələrini nümayiş etdirdilər. Bu, açıq və şəffaf yanaşmanın, həmçinin ictimai iştirakçılığın uğurlu nümunəsidir.
Tədbirin açılış mərasimində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisi, general-mayor Azər Əhədov “bug bounty” layihəsinin həyata keçirilməsinin dövlət informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasında ictimai və peşəkar potensialın birləşdirilməsinin bariz nümunəsi olduğunu qeyd etmişdir. Eləcə də A. Əhədov Xidmətin Təhlükəsizlik Əməliyyatlar Mərkəzinin monitorinq və reaksiya qabiliyyətinin artırılması və istedadlı gənc mütəxəssislərin müəyyən olunmasın baxımından layihənin əhəmiyyətli rol oynamasını vurğulamışdır.
Daha sonra çıxış edən “Qarabug” startapının təsisçisi Miraqşın Abutalıbov uğurla başa çatan “Bug Bounty” proqramının gələcəkdə daha geniş miqyaslı layihələrə ilham verəcəyini və kibertəhlükəsizlik üzrə yerli potensialın inkişafına töhfə verəcəyini qeyd etmişdir. O əlavə etmişdir ki, informasiya təhlükəsizliyi sahəsində belə uğurlu layihələrin artılırması üçün bu təcrübə öyrənilməli və paylaşılmalıdır.
Ümumilikdə qeydiyyatını təsdiq etmiş 600 nəfərdən 39 nəfərin aktiv iştirak etdiyi proqram çərçivəsində təhlükəsizlik zəifliklərinin aşkarlanması və peşəkar şəkildə sənədləşdirilməsinə görə ən yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılmışdır. Birinci yeri qazanan Nicat Abbaslı - 10.000 manat, ikinci yerin qalibi Fuad Anzurov - 7.000 manat, üçüncü yerin sahibi Qərib Quluzadə isə 5.000 manat pul vəsaiti ilə “Bug Bounty” proqramının qalibləri elan olunaraq mükafatlandırılmışdırlar. Yüksək nəticələrinə görə dördüncü, beşinci və altıncı yerləri tutan iştirakçılara isə fəxri fərmanlarla yanaşı qiymətli hədiyyələr təqdim olunmuşdur.
Mükafatçılar arasında kibertəhlükəsizlik sahəsində oxuyan tələbələr ilə yanaşı, gənc mütəxəssislər də yer almışdır ki, bu da proqramın əsas məqsədlərindən biri olan yeni nəsil etik hakerlərin stimullaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyul 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri