Zonquldak sahillərində aşkarlanan naməlum PUA zərərsizləşdirilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 30 avqust, AZƏRTAC
Türkiyənin Zonquldak vilayəti sahillərində naməlum pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “İhlas” Xəbər Agentliyi (İHA) məlumat yayıb. Məlumata görə, Alaplı limanı yaxınlığında dənizdə dron görən balıqçılar dərhal yerli hakimiyyət orqanlarına xəbər veriblər. Hadisə yerinə dərhal Sahil Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində liman ərazisi mühasirəyə alınıb və aşkar edilən PUA nəzarətli şəkildə partladılaraq zərərsizləşdirilib. Aparatın hansı ölkəyə məxsus olduğu hələlik məlum deyil.
Qeyd edək ki, son zamanlar Türkiyənin Qara dəniz sahillərində tez-tez partlayıcı maddə daşıyan PUA qalıqlarına rast gəlinir. Bir müddət əvvəl bölgədə sahilə çıxan partlayıcı yüklü pilotsuz qayıq da istehkamçılar tərəfindən zərərsizləşdirilmişdi.
Baxış sayı:167
Bu xəbər 30 Avqust 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















