Icma.az
close
up
RU
Səssiz zorakılığa da cəza var?

Səssiz zorakılığa da cəza var?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bildiyimiz kimi, fiziki şiddətin zorakılıq kimi qanuni cəzası var. 

Amma bir çox insanın qarşılaşdığı, lakin çox vaxt görünməyən başqa bir zorakılıq növü də mövcuddur. Burada nə yumruq, nə də təhqir var. Bu zaman insan nə baş verdiyini izah etməkdə çətinlik çəkir, çünki bu, mənəvi təzyiq, susqun münasibət və ruhu sarsıdan davranışlar üzərindən həyata keçirilir. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova bildirib ki, zorakılıq deyəndə çoxlarının gözündə şiddət, qışqırıq, təhqir və ya vurulan yara canlanır. Onun sözlərinə görə, zorakılıq təkcə fiziki güc tətbiqi ilə məhdudlaşmır: 

“Bəzən zorakılıq səssiz olur, heç bir iz qoymur, amma insanın ruhunu yavaş-yavaş dağıdır. Buna “sakit zorakılıq” deyilir. Bu, fiziki güclə deyil, sözlə, susqunluqla, laqeydliklə, manipulyasiya ilə edilən bir zorakılıqdır. Sakit zorakılıq insanın duyğularını, fikirlərini, şəxsiyyətini dəyərsizləşdirməkdir. Qışqırmadan, vurmadan, amma soyuq baxışlarla, susmaqla, söz verməyib tutmamaqla, manipulyasiya ilə insanı içindən sındırmaqdır. Bir növ görünməz zəncirlərdir, yəni insan azaddır, amma içində əsirdir”. 

Psixoloq qeyd edib ki, bu zorakılıq açıq təhqir və fiziki güc tətbiq olunmadan, daha çox davranış və münasibət formaları ilə özünü göstərir: 

“Sakit zorakılıq müxtəlif formalarda özünü göstərə bilər. Məsələn, laqeydlik, bu, qarşı tərəfin duyğularını görməmək, ehtiyaclarını nəzərə almamaqdır. Gaslighting isə gerçəkləri inkar edərək insanı özündən şübhələndirməkdir. 

Həmçinin, susqunluqla cəzalandırma halları müşahidə olunur. Bu zaman heç nə demədən, sadəcə danışmamaqla qarşı tərəf sıxışdırılır. Digər forma isə istifadə etmək münasibətdə yalnız şəxsi maraqları önə çəkməkdir. Təhdid etmədən qorxutmaq isə baxış, ton və imalı sözlərlə qarşı tərəfi daima gərgin saxlamaqla özünü göstərir”.Samirə İsmayılovanın sözlərinə görə, sakit zorakılıq uzun müddət davam etdikdə insanın içində dərin yaralar açır: 

“İnsan özünə inamını itirir, daim “bəlkə də mən günahkaram” hissi ilə yaşayır. Xroniki stress, depresiya, özünü dəyərsiz görmə, hətta panik atak kimi nəticələr ortaya çıxır. Bəzən isə insan zorakılığa o qədər öyrəşir ki, bunun zorakılıq olduğunun fərqinə belə varmır”. 

Psixoloq vurğulayıb ki, “sakit zorakılıq” təhlükəli hesab olunur, çünki bu zorakılıq gizli şəkildə baş verir: 

“Sakit zorakılıq gizlidir. Nə qonşu görür, nə dost anlayır, nə də ailə fərqinə varır. Həmin insan isə içində günbəgün əriyir. Ən qorxulusu bu zorakılıqdan qurtulmaq çətindir, çünki açıq-aşkar “səbəb” yoxdur”. 

Samirə İsmayılova bildirib ki, hər şeydən əvvəl bu davranışın zorakılıq olduğunu anlamaq lazımdır: 

“Əvvəlcə başa düşmək lazımdır ki, sakit zorakılıq da zorakılıqdır. Susqunluq, laqeydlik, manipulyasiya normal münasibət nümunəsi deyil. Bu anlayışa gəlmək ilk addımdır. Sonrakı mərhələdə dəstək çox vacibdir, məsələn, dostlardan, ailədən, psixoloqdan. Çünki insan tək başına bu görünməz zəncirləri qıra bilmir. 

Ən əsası isə öz dəyərini yenidən tanımaqdır. Özünü dəyərli hiss edən insan heç vaxt kiminsə səssiz zorakılığına boyun əymir. Zorakılıq bəzən qışqırmır, vurmur, iz qoymur. Sadəcə susur. Amma məhz o susqunluq insanın içində fırtına qoparır. Sakit zorakılıq görünməzdir, amma təsiri ən ağır izləri qoyur. Ona görə də bu mövzuya biganə qalmaq olmaz. Çünki ruhun yaraları bəzən bədənin yaralarından daha dərindir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri