Zorakılıq dövrü başa çatıb Qalibafdan sərt MESAJ
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-nin 14 bənddən ibarət anlaşma memorandumunu (MoU) pozduğunu iddia edərək Vaşinqtonun addımlarını sərt şəkildə tənqid edib.
Redaktor.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf açıqlama verib.
Məlumata görə, Qalibaf bildirib ki, ABŞ-nin bu addımı əvvəl əldə olunmuş razılaşmalara baxmayaraq, Tehrana qarşı təzyiq siyasətini davam etdirmək niyyətindən xəbər verir.
İran parlamentinin sədri çıxışı zamanı beynəlxalq münasibətlərdə yeni mərhələnin başladığını qeyd edib və "zorakılıq dövrünün artıq başa çatdığını" vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-nin birtərəfli qərarları və öhdəliklərə əməl etməməsi regionda gərginliyi artırır, eyni zamanda diplomatik etimad mühitinə mənfi təsir göstərir.
Qeyd edək ki, Tehran daha əvvəl də Vaşinqtonu sanksiyalar və siyasi təzyiq vasitələrindən istifadə etməklə İranın daxili işlərinə və beynəlxalq öhdəliklərinə müdaxilə etməkdə ittiham edib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 08 İyul 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















