Icma.az
close
up
RU
Zorla gözəllik olmaz : Ermənistan açıq şəkildə bəyan edib ki, KTMT də qalmaq istəmir

Zorla gözəllik olmaz : Ermənistan açıq şəkildə bəyan edib ki, KTMT də qalmaq istəmir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qırğızıstanın Çolpon-Ata şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qırğızıstan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan toplantıya qatılmayıb. Bununla belə, ölkənin nümayəndəsinin videobağlantı vasitəsilə müzakirələrə qoşulması istisna edilmir. Ermənistan XİN isə hələlik bu qərarla bağlı ictimaiyyətə hər hansı açıqlama təqdim etməyib.

Toplantıda beynəlxalq və regional hadisələrin KTMT ölkələrinin təhlükəsizliyinə təsiri ətrafında fikir mübadiləsi aparılacaq. Həmçinin informasiya təhlükəsizliyi, Yaxın Şərqdə terrorçuluq və ekstremizmə aparan radikallaşma ilə mübarizə məsələləri gündəmdə olacaq.

İştirakçılar eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Mərkəzi Asiya və Əfqanıstan üçün regional mərkəzin yaradılması ideyasını da müzakirə edəcəklər.

Bununla yanaşı, KTMT-nin gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əməkdaşlıq perspektivləri də iclasın əsas mövzuları sırasındadır.


Politoloq Samir Hümbətov Sherg.az-a bildirib ki, Ermənistan tərəfi açıq şəkildə bəyan edib ki, KTMT-də qalmaq istəmir:


"Bu, həm baş nazir, həm də parlament səviyyəsində səsləndirilib. Deməli, Ermənistanın təşkilatda qalmaq niyyəti yoxdur.

Rəsmi İrəvan  KTMT-nin Qarabağ məsələsində Ermənistana yardım etməməsi və s. kimi müxtəlif bəhanələr göstərir. Lakin reallıq ondan ibarətdir ki, Ermənistan Qərbə inteqrasiyanın tərəfdarıdır və bütün strategiyasını da bu istiqamətdə qurur. Bu baxımdan, Ermənistan rəsmilərinin belə fikirlər səsləndirməsi tamamilə təbii qarşılanmalıdır. Ermənistan artıq təşkilatdan uzaqlaşmaq qərarı verib. İstər KTMT, istərsə də digər qurumların Ermənistanı zorla cəlb etmək mümkün deyil. Artıq Ermənistan KTMT-yə üzvlük haqlarını da ödəmir. Təxminən iki il öncə Vladimir Putin KTMT dövlət başçıları səviyyəsində keçirilən görüşdə Ermənistanın iştirakını istəsə də, bu, reallaşmadı".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 İyun 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see144

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see133

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see131

Polis polkovnik leytenantı vəfat etdi

28 İyun 2025 22:16see123

Hizbullah ın bölmə komandanı zərərsizləşdirib

28 İyun 2025 23:23see120

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see119

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see118

İsrail ordusu Hizbullah üzvünü məhv etmək üçün Livana zərbələr endirib

28 İyun 2025 23:36see118

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

29 İyun 2025 00:01see116

“Sığortaya salınsın, insanlar ölür”

29 İyun 2025 00:06see116

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see115

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see115

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see115

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see115

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see115

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see114

Yevlaxda ər arvad qəzaya düşüb, ölən var

29 İyun 2025 09:10see113

Pakistanda daşqınlar nəticəsində azı 32 nəfər ölüb

29 İyun 2025 02:46see111

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see111

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri