Icma.az
close
up
RU
Zülfiyyə Veysova: Kitabımı nəşr etməkdə məqsədim müəllimlərə tədris prosesində çox rahat bir alət verməkdir AZƏRTAC

Zülfiyyə Veysova: Kitabımı nəşr etməkdə məqsədim müəllimlərə tədris prosesində çox rahat bir alət verməkdir AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 19 dekabr, AZƏRTAC

Əslində “Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları” kitabı üzərində 25 il işləmişəm. Bu illər ərzində bu əsər hazırlanıb, tətbiq olunub və sınaqdan keçirilib. Mən bunu həm elmi, həm də praktiki cəhətdən müəllimlər üçün stolüstü kitab kimi nəşr etdirmişəm. Ümumiyyətlə, bu kitabın əsas məqsədi müəllimlərə tədris prosesində çox rahat bir alət verməkdir ki, müəllim öz dərsini çox maraqlı şəkildə zənginləşdirsin, uşaqlarda məqsədəuyğun, lazımi koqnitiv bacarıqları formalaşdırsın.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində kitabın müəllifi - Bakı Avropa Liseyinin, psixologiya elmləri üzrə fəlsəfə doktoru direktoru Zülfiyyə Veysova söyləyib.

“Eyni zamanda, bu, standartların, kurikulumların, dərsliklərin, tədris vəsaitlərinin, ekspertlər üçün sualların hazırlanmasında yaxşı bir alət olacaq. Müvafiq alət bunun taksonomiyasının təkmilləşdirilmiş variantı əsasında qurulub, lakin onun adaptasiyasında mən yenilik etmişəm. Bu yenilik universal açar sözlərin əlavə olunmasında öz əksini tapıb. Bu, uşaqlarda tamamilə yeni bir təfəkkür səviyyəsini formalaşdırır. Mən eyni zamanda, Bakı Avropa Liseyinin direktoru, fənlərarası təlim proqramın həmmüəllifi kimi Azərbaycanda 30 ildir ki, bu proqramı tətbiq edirik. Biz görürük ki, bu metodologiyanı birinci sinifdən tətbiq edəndə, açar sözləri əsasında uşaqları inkişaf etdirəndə onların 11-ci sinifdə tamam fərqli bir düşünmə bacarığı olur. Çox arzu edirəm ki, Bakı Avropa Liseyində tətbiq olunan bu alət respublikamızın bütün məktəblərində tətbiq olunsun. Beləliklə, biz Azərbaycan gənclərinin təfəkküründə yeni səviyyənin formalaşmasına kömək edək və onlar da dünyanın əmək bazarında bir mütəxəssis kimi öz yerlərini tapsınlar”, - deyə Zülfiyyə Veysova fikrini yekunlaşdırıb .

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see301

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see217

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see214

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see180

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see161

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see159

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri