Icma.az
close
up
RU
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB

Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB

Marja.az saytına istinadən Icma.az xəbər verir.

31 dekabr 2025-ci il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 57 milyard 86.2 milyon manat, cəmi öhdəlikləri 49 milyard 743.7 milyon manat, balans kapitalı 7 milyard 342.5 milyon manat olmuşdur. 2025-ci il ərzində bankların cəmi aktivləri 7.7%, cəmi öhdəlikləri 7.2%, balans kapitalı 11% artmışdır. 

Marja.az bu barədə Mərkəzi Bankın "Statistik bülleten Dekabr - 2025" buraxılışına istinadən xəbər verir.

2025-ci ilin dekabr ayında noyabr ayı ilə müqayisədə bankların kredit portfeli 1.3% və ya 377.5 milyon manat artaraq 30 milyard 63 milyon manat olmuşdur.

31 dekabr 2025-ci il tarixinə bankların kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.6% (16 milyard 106.3 milyon manat);

ıı) istehlak kreditləri – 31.1% (9 milyard 354.2 milyon manat)

ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 602.5 milyon manat).

Ümumilikdə, 2025-ci il ərzində bankların kredit portfeli 9.4% və ya 2 milyard 585.4 milyon manat (o cümlədən, biznes kreditləri 1 milyard 319.1 milyon manat, istehlak kreditləri 909,3 milyon manat, ipoteka kreditləri 357 milyon manat) artmışdır. 

Xatırladaq ki,  31 dekabr 2024-cü il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 1.4 milyon manat, cəmi öhdəlikləri 46 milyard 383 milyon manat, balans kapitalı 6 milyard 618.4 milyon manat olmuşdu. 2024-cü il ərzində bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 7.8%, 7.6% və 9.2% artmışdı. 

2024-cü ildə də kredit portfelinin artımı cari ilin dekabr ayında da davam etmişdi. 2025-ci ilin dekabr ayında bankların kredit portfeli 0.4% və ya 109.5 milyon manat artaraq 31 dekabr 2024-cü il tarixində 27 milyard 477.7 milyon manat olmuşdu.

31 dekabr 2024-cü il tarixinə bankların kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.8% (14 milyard 787.2 milyon manat);

ıı) istehlak kreditləri – 30.7% (8 milyard 445 milyon manat) 

ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 245.5 milyon manat).

Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4 milyard 294.7 milyon manat (o cümlədən, biznes kreditləri 2 milyard 170.4 milyon manat, istehlak kreditləri 1 milyard 508 milyon manat, ipoteka kreditləri 616,4 milyon manat) artmışdı.

Bankların kredit portfeli (müştəriələrə verilmiş kreditlər) 2025-ci il ərzində 2024-cü ilin yekunu ilə müqayisədə 9.4% və ya 2 milyard 585.4 milyon manat artıb. Bankların kredit portfelində artım 2024-cü ildə 2023-cü illin yekunu ilə müqayisədə 4 milyard 294.7 milyon manat təşkil etmişdi. Beləliklə artım tempi 1 milyard 709,3 milyon manat və ya 39,8% azalıb. Biznes, istehlak və ipoteka kreditləri üzrə artım sürəti zəifləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://marja.az
archiveBu xəbər 28 Yanvar 2026 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see330

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see178

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see154

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri