Icma.az
close
up
RU
Zülfüqar Hüseynzadənin 55 illik yubileyi qeyd olunub FOTOLAR

Zülfüqar Hüseynzadənin 55 illik yubileyi qeyd olunub FOTOLAR

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzən insanın yoxluğu onun gördüyü işlərin təsirini azaltmır. Əksinə, zaman keçdikcə həmin iz daha aydın görünür. Zülfüqar Hüseynzadənin jurnalistika yolu da məhz belə bir iz buraxıb.

Onun adı bu gün yalnız keçmişin xatirəsi kimi deyil, yaratdığı media mühitində, həmkarlarının yaddaşında və yetişən yeni qələmlərdə yaşayır.

Avqustun 24-də tanınmış jurnalist, Moderator.az xəbər portalının qurucusu və mərhum baş redaktoru Zülfüqar Hüseynzadənin 55 illlik yubileyi münasibətilə ilə  Mətbuat Şurasında keçirilən tədbir də bu mənada adi xatirə görüşündən daha artıq məna daşıyıb. Burada söhbət yalnız bir jurnalistin xatırlanmasından yox, onun sözə, peşəyə və insan münasibətlərinə verdiyi dəyərin yenidən yada salınmasından gedib.

Görüşdə ziyalılar, jurnalistlər, ictimai-siyasi xadimlər və Moderator.az kollektivinin üzvləri bir araya gəlib. Zülfüqar Hüseynzadəni müxtəlif illərdə tanıyan, onunla çalışan və dostluq edən insanların çıxışları bir-birini tamamlayaraq fərqli bir portret yaradıb. Hər xatirədə onun xarakterinin başqa bir cəhəti, jurnalist kimi mövqeyinin ayrı bir tərəfi üzə çıxıb.

Tədbirin moderatoru, jurnalist Rumiyyə Miraslan Zülfüqar Hüseynzadənin həyat və yaradıcılıq yolundan danışaraq onun Azərbaycan mediasında formalaşdırdığı özünəməxsus mövqeyə diqqət çəkib.

İlk çıxış üçün söz mərhum jurnalist, Moderator.az-ın qurucusu Zülfüqar Hüseynzadənin oğlu, Moderator.az İnformasiya portalının baş redaktoru Hüseyn Ələsgərova verilib. Hüseyn Ələsgərov çıxışında atasının onun üçün bir məktəb olduğunu bildirib.

Ardınca yazıçı Seyran Səxavət çıxışında  Zülfüqar Hüseynzadə ilə tanışlığından bəhs edib və jurnalistlə bağlı şəxsi xatirələrini bölüşüb. Onun danışdıqlarında Zülfüqar Hüseynzadənin insanlarla münasibətdə səmimiyyəti, dostluğa sədaqəti və doğmalıq hissi ön plana çıxıb.

Professor Qulu Məhərrəmli isə onun jurnalist fəaliyyətini peşəkar media prinsipləri baxımından dəyərləndirib. Zülfüqar Hüseynzadənin peşəkar fəaliyyəti, hadisələrə jurnalist mövqeyindən baxması və öz dəst-xəttini formalaşdırması çıxışın əsas məqamlarından olub.

Avrasiya Universitetinin dekanı Mütəllim Rəhimli, ƏHD Partiyasının katibi Niyaməddin Orduxanlı, Daxili İşlər Nazirliyinin keçmiş idarə rəisi, polkovnik Mehman Mehmanov, Azad Vətən Partiyasının sədri Akif Nağı, TNS TV-nin rəhbəri Tural Səfərov, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl və Moderator.az-ın direktoru Əli Hüseynli də çıxış edərək Zülfüqar Hüseynzadə ilə bağlı xatirələrini bölüşüblər.

Çıxışların hər birində fərqli xatirələr səslənsə də, onların kəsişdiyi bir məqam olub. Zülfüqar Hüseynzadə yaddaşlarda yalnız jurnalist kimi qalmayıb. O, həm vətənpərvər vətən övladı, həm canıyanan dost, həm sirdaş, həm də istənilən mövzuda arxalana biləcəyin güvənilir bir insan kimi xatırlanıb.

Qurucusu olduğu Moderator.az onun yaradıcılığının yeni mərhələsi idi. Portal fəaliyyətə başlayandan qısa müddət ərzində ölkənin ən çox oxunan saytlarından birinə çevrilir. İllər ərzində müxtəlif ictimai-siyasi mövzuların işıqlandırıldığı nüfuzlu media platformalarından birinə çevrilən Moderator.az, eyni zamanda Zülfüqar Hüseynzadənin jurnalistikaya baxışını, sözə münasibətini və peşə məsuliyyəti prinsiplərini yaşadan bir məktəbə çevrildi.

Bu baxımdan onun adına yazı müsabiqəsinin təsis edilməsi təsadüfi deyil. “Zülfüqar Hüseynzadə mükafatı” onun xatirəsinə verilən simvolik qiymətdən daha böyük məna daşıyır. Müsabiqə bir tərəfdən mərhum jurnalistin adını yaşadır, digər tərəfdən onun önəm verdiyi peşəkarlığın, yazı mədəniyyətinin və gənc qələm sahiblərinə dəstəyin davamına imkan yaradır.

Bu mənada tədbirin mühüm hissələrindən biri III “Zülfüqar Hüseynzadə mükafatı” jurnalistika müsabiqəsinin nəticələrinin açıqlanması və qaliblərin mükafatlandırılması olub.

Qaliblərə və həvəsləndirici mükafatçılara diplom və mükafatlar təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Avqust 2026 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see341

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see309

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see308

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see298

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see295

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see294

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see288

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see279

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see272

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see271

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see258

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see255

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see250

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see244

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see243

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see239

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see230

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri