Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Murova yüksələn əqidə: Zülfüqar Hüseynzadənin qələm yolu

Murova yüksələn əqidə: Zülfüqar Hüseynzadənin qələm yolu

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Azərbaycan mediasında Qarabağ haqqında yazan jurnalistlər çox olub. Müharibə, işğal, məcburi köçkünlük, ordu quruculuğu və nəhayət, Vətən müharibəsi minlərlə məqalənin, əsər və kitablarln ana mövzusuna çevrilib. Lakin elə qələm adamlarımız var ki, işğal dövrü onların şəxsi həyatından, ailəsindən, uşaqlığından keçib, yazdıqları ilə yaşadıqları arasında məsafə olmayıb.

Moderator.az xəbər portalının qurucusu və baş redaktoru Zülfüqar Hüseynzadə həmin jurnalistlərdən idi.

Ölkəmizin media və ictimai fikrində parlaq qələm adamı kimi tanınan, bütün həyatını Vətənin bütövlüyünə həsr edən dəyərli media rəhbərinin yazıları, müsahibələri və xəbərləri bir şəxsiyyətin tərcümeyi-halını müəyyən edir. İllər keçib, siyasi hadisələr dəyişib, milli mətbuat qəzet dövründən  rəqəmsal eraya keçib, lakin Zülfüqar Hüseynzadənin fəaliyyətində bir xətt dəyişilməz qalıb: Azərbaycanın torpaq bütünlüyü, Qarabağın azadlığı və doğma Kəlbəcərə qayıdış.

Obrazlı deyilsə, Murov dağ massivi onun həyat, əqidə və mənəvi koordinatı, coğrafiyadan çox mübarizə zirvəsi və həyat amalı idi. 

Zülfüqar Hüseynzadə 1971-ci ildə Kəlbəcərin Başlıbel kəndində doğulmuşdu. Universitet illəri Birinci Qarabağ müharibəsinə düşmüş, könüllü dəstənin tərkibində müharibədə iştirak etmişdi. Kəlbəcərin işğalı onun ailəsinin həyatına da ağır izlər qoymuşdu.  Hərəkət edə bilməyən nənəsi Pəri xanım Başlıbeldə qalmış və ev yandırılarkən həyatını itirmişdi. Sonralar ağır faciə ailənin və onun jurnalistikasının yaddaşında daim yaşayacaqdı. Ona görə Başlıbel və Kəlbəcərin hər bir nişanəsi fikir adamı  Zülfüqar Hüseynzadənin yaradıcılığında məcburi köçkünlük və milli yaddaş, bir sözlə ifadə olunsa Vətən anlayışlarının birləşdiyi yer idi.

Bir gəncin mübarizə idealı xalqımız kimi onun üçün də  Moderator.az media quruluşundan xeyli əvvəl formalaşmışdı. 

Zülfüqar Hüseynzadə müxtəlif vaxtlarda parlament müxbiri kimi çalışdığı dövrdə də Ermənistan-Azərbaycan münaqişəsini əsas mövzularından birinə çevirmişdi. 2010-cu ildə onun “Qarabağ münaqişəsinin həlli yolları: paralellər, paradokslar” adlı məqaləsinin mükafatlandırılması da  təsadüfi deyildi.

Parlament jurnalistikası onun siyasi düşüncə məktəblərindən biri oldu. Milli Məclisdə illərlə çalışaraq deputatlarla, dövlət və ictimaiyyət nümayəndələri ilə geniş əlaqələr qurdu, sosial, siyasi və milli məsələləri daim fəal şəkildə gündəmə gətirdi. 

Zülfüqar Hüseynzadənin milli məsələlərə münasibəti yalnız yazılarında görünmürdü. Parlament Jurnalistləri Birliyinin Bayraq Günü münasibətilə bölgələrdən birinə səfəri zamanı onun küçələri gəzərək insanlara Azərbaycan bayraqları paylamasını həmkarları illər sonra xoş və qürurlu hislərlə xatırlayırdılar. Qələbədən sonra qalibiyyət bayrağını doğma Başlıbeldə, şəhidlərin uyuduğu məzarlığın yaxınlığındakı yüksəklikdə öz əli ilə sancdı. Ayrı-ayrı illərdə baş verən iki təsirli hadisəni eyni mənəvi xətt birləşdirir: işğal illərində bayrağı yaşatmaq, Qələbədən sonra onu azad edilmiş yurda aparmaq. 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qazandığı parlaq Zəfər hər bir azərbaycanlını, o cümlədən qələm adamlarımızı ucaltmış, qürurlu bir salnaməyə sahib etmişdi. 

Onun jurnalistikaya baxışı müstəqil medianı dövlət maraqlarının inkarı kimi qəbul etməməsi idi. 2017-ci ildə Moderator.az-ın beş illiyi münasibətilə verdiyi müsahibədə media fəaliyyətində ölkənin maraqlarının nəzərə alınmalı olduğunu açıq söyləyirdi.  Özünün məşhur ifadəsi ilə Moderator.az: “növbətçi aptek kimi həftənin 7 günü, günün 24 saatı işləyirdi.”

Başqa bir fikri onun peşəyə münasibətini daha aydın ifadə edirdi: “Çətin olsa da, millətlə, xalqla işləmək şərəflidir.”

Seçilən iki cümlədə Zülfüqar Hüseynzadənin redaktor xarakteri aydın görünür: operativlik, fədakarlıq və jurnalistikanı ictimai xidmət kimi qəbul etmək qalib milli mətbuatımızın fəaliyyət kredosunu təşkil edir.

Vətən müharibəsinin ilk günlərində fəaliyyəti də xalqımızın arzularına və dövlətçilik prinspilərinə sədaqətini nümunəsi oldu. Döyüşlər başlayanda Bərdə, Ağdam və Tərtər istiqamətində vəziyyəti yaxından izləyir, özünü savaşan ordunun bir üzvü kimi aparır, cəbhəyanı kəndlərdən xüsusi danışırdı. Yazdığı hər söz və çağırış milli səfərbərliyə töhvə oldu. 44 müqəddəs gündə qələmini süngüyə çevirən media kapitanı “insanlarımızın Silahlı Qüvvələrimizə və Ali Baş Komandana etimadı ən yüksək səviyyədədir”, söyləyərək siyasi, sosial, etnik və milli fərqlərə baxmayaraq, bütün dünya azərbaycanlıların bir ideya- Şuşa Zəfəri uğrunda mübarizəyə qalxdığını göstərirdi. 

Birinci Qarabağ müharibəsinin iştirakçısı və Kəlbəcərin hər addımını yaxşı tanıyan Zülfüqar Hüseynzadə üçün torpaq məsələsində dəyişməyən mövqe, dövlətin bütövlüyünə inam, şəhid qarşısında mənəvi borc və yurda sədaqət onun jurnalist bioqrafiyasının dəyişməyən cəhətləri idi.

2020-ci ildə Vətən müharibəsi zamanı Moderator.az-ın səkkiz yaşı tamam olanda onun yazdığı sözlər uzun illər apardığı fəaliyyətin yekun şüarı kimi səslənirdi:

“Hər şey Vətən üçün, hər şey Qələbə üçün.”

Savaşlarda millətin vahidliyi yekun nəticəni müəyyənləşdirir. Azərbaycan xalqı və dövləti sübut etdi ki, iki əsr davam edən itkilər silsiləsini durdurmağa qadirdir. Milli iradəni isə hər bir vətəndaşın mübarizəsi formalaşdırır. 

Nəhayət, Zülfüqar Hüseynzadə illərlə yazdığı torpağa məcburi köçkün kimi deyil, qalib dövlətin vətəndaşı və jurnalist kimi qayıdanlardan biri oldu.

Azad Başlıbeldə onun reportajlarının ən təsirli hissəsi şəxsi taleyi ilə ölkənin tarixinin bir hekayədə əks olunması idi. Baş Prokurorluğun əməkdaşları ilə dağıdılmış ata-baba evlərinin yerləşdiyi ərazidə nənəsinin qalıqlarını axtarırdı. Bir vaxt həmin kənddən çıxan 23 yaşlı gənc 28 ildən sonra azad edilmiş Başlıbelə qayıtmışdı.  Zülfüqar Hüseynzadənin 2021-ci ildə yazdığı məqalənin adı  bir qələm adamının mənəvi aləminin barometridir: “Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...”

Bir sərlövhədə onun publisistikasının əsas qayəsi əks olunurdu: ailə yaddaşı, Kəlbəcər, şəhid, Vətən və borc hissi. İllərlə Kəlbəcərin həsrətini yaşadı. Azadlığını gördü. Başlıbelə bir dəfə deyil, dəfələrlə qayıtdı. Doğma kəndindən yazdı, görüntülər paylaşdı, ailəsinin izlərini axtardı.

18 iyun 2023-cü ildə yenə Başlıbeldə arzularının və idealının zirvəsində, həyatından uca tutduğu torpaqda vaxtsız əbədiyyətə qovuşdu. Bir qələmin Şuşa və Murov yüksəkliyində tamamlanan ömür hekayəsi beləliklə, zamansızlaşdı. Lakin xalqı və dövləti qarşısında qoyub getdiyi irs qiymətli miras kimi yaşamağa layiqdir. 

Onun xatirəsinin yaşadılması da təsadüfi deyil. Moderator.az tərəfindən Zülfüqar Hüseynzadənin adına jurnalist müsabiqələrinin keçirilməsi artıq uğurlu bir ənənəyə çevrilib. Seçimlərin Kəlbəcər, Qarabağa qayıdış, milli dəyərlər və analitik jurnalistika ilə bağlı olması onun adının hansı mənəvi və peşəkar xətt üzrə yaşadıldığını göstərir.

Zülfüqar Hüseynzadənin xatirəsinin Kəlbəcərdə əbədiləşdirilməsi yalnız bir jurnalist haqqında xoş niyyətli təşəbbüs sayılmamalıdır, fistedadlı və milli bir qələm sahibinin bioqrafiyasından doğan mənəvi haqqdır. Başlıbeldə doğulan, Birinci Qarabağ müharibəsində iştirak edən, işğaldan sonra Kəlbəcər həsrətini onilliklər boyu qələmində yaşadan, Qarabağ məsələsini yüzlərlə yazı və müsahibənin mövzusuna çevirən, Qələbəni görən, azad Kəlbəcərə dəfələrlə qayıdan və ömrünün son gününü də doğma yurdda keçirən jurnalistin  bir yaddaş ünvanının olması yerinə düşərdi.

Söhbət mütləq böyük monumentdən getmir. Başlıbeldə onun həyat yolu ilə bağlı uyğun yerdə xatirə lövhəsi, kiçik memorial guşə yaradıla, gələcəkdə Kəlbəcərdə uyğun ictimai məkanlardan birinə adı verilə bilər. Xüsusilə onun son səfərləri, doğma kəndindən hazırladığı materiallar və həyatının məhz burada tamamlanması nəzərə alınaraq həmin məkan jurnalistlərin, qələm adamlarının, gənclərin və Kəlbəcərə gələn insanların ziyarət ünvanlarından birinə çevrilə bilər.

Ali Baş Komandanın Zəfəri əbədiləşdirdiyi kimi, sayı 70 mindən artıq orden və medallı oğulların davamı əqidəli jurnalistikaya və jurnalistlərə verilən qiymətin yaşadılmasıdır. Savaşı bir nömrəli xüsusi təyinatlı missiyada keçirən dövlət başçısımızın yaratdığı ənənələr həm də milli mətbuatımızın qürurlu  sabahını formalaşdırır. İstər müharibə dövründə, istərsə də Qələbədən sonra peşəkar fəaliyyətini həyata keçirərkən şəhidliyə ucalan qələm adamlarına verilən dəyər  dövlətimizin yüksək ehtirama layiq siyasi kursudur.

Zülfüqar Hüseynzadənin bioqrafiyasında başlanğıcla sonu arasında nadir bir bağlılıq - Murov yüksəkliyi var. Saflığı zirvə qədər təmiz, Kəlbəcərə bağlılığı qayalar qədər möhkəm, Vətən dedikdə qəlbi və qələmi coğrafi zirvələri qədər  uca bir insanın həyat yolu hər zaman ehtirama layiqdir.

Qələmini əqidəsi ilə daşıyan jurnalistlər hər zaman xalqımızın xatirəsində hörmətlə yaşayacaqdır. 

Zahid Oruc, millət vəkili

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Avqust 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri