Acun Mourinyoya əsəbiləşdi: Bu dedikləri qəbuledilməzdir
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Acun Ilıcalı matç sonunda Joze Mourinyonun sözlərinə reaksiya verib.
"Fənərbağça" klubunun vitse-prezidenti Acun Ilıcalı Joze Mourinyonun "Vəziyyət mənə deyilənlərdən daha pis oldu. Məni bura gətirən Fənərbağçalı azarkeşlərə əsəbləşirəm. Mən belə olduğunu bilsəydim, heç gəlməzdim" sözlərinə qəzəblənib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun Ilıcalı ən qısa zamanda təcrübəli məşqçi ilə danışacağını və məsələni həll edəcəyini də bildirib.
"Ən qısa zamanda məsələyə aydınlıq gətirməyə çalışacağam. Joze Mourinyonun bu dedikləri qəbuledilməzdir. Məsələ tamamən fərqli bir vəziyyət almağa başlayıb. Mourinyoya vəziyyətin pis olduğunu demişdik. Amma onu kluba dəvət etdiyimiz zaman Türkiyə Superliqasında vəziyyət bu qədər pis deyildi", - deyə Ilıcalı bildirib.
Fidan
Milli.Az
Baxış sayı:50
Bu xəbər 04 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















