Icma.az
close
up
RU
Mourinyoya nə olub?

Mourinyoya nə olub?

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo təcili şəkildə əməliyyat olunacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, mütəxəssis bu haqda sosial şəbəkə hesablarında paylaşım edib. O, sadəcə kiçik bir prosedur keçirəcəyini yazıb:

“Əməliyyatımla bağlı xəbərlər çox şişirdilmişdir. Bu, sadəcə kiçik bir prosedurdur. Həmişə olduğu kimi, istirahətdən sonra ilk gün məşqlərdə olacağam. 25 il ərzində heç bir məşqdən yayınmamışam. Bunu etmək kimi bir niyyətim yoxdur”.

Qeyd edək ki, daha əvvəl portuqaliyalı mütəxəssisin səhhətində yaranan problemlərə görə bu gün xaricdə əməliyyat olunacağı bildirilirdi.

seeBaxış sayı:50
embedMənbə:https://qol.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri