AMB daha bir şirkətə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) "Money Shop" MMC-yə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
Beləliklə, hazırda Azərbaycanda "Eliko", "Delta Capital", "Zuhur", "Bakı Mərkəzi Valyuta" və "Meta-Kapital" MMC-lərlə birlikdə 6 hüquqi şəxs sözügedən lisenziyaya malikdir.
Xatırladaq ki, "Money Shop" 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 94, fəaliyyət ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 8, nizamnamə kapitalı 660 min manatdır. Bu məbləğ şirkətə paytaxtda bir valyuta dəyişmə məntəqəsi ilə fəaliyyətini davam etdirməyə imkan verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Noyabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















