Icma.az
close
up
RU
Aslan Kərimov: “Neftçi”nin son turdakı məğlubiyyəti gözlənilməz olmadı AZƏRTAC

Aslan Kərimov: “Neftçi”nin son turdakı məğlubiyyəti gözlənilməz olmadı AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 4 noyabr, AZƏRTAC

“Misli Premyer Liqasının son turunda gözlənilməz nəticələr qeydə alındı”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Aslan Kərimov Misli Premyer Liqasının XII turunun oyunlarını şərh edərkən deyib.

O, “Qarabağ”ın “Turan Tovuz”la matçdakı xal itkisini süni meydança və azarkeş dəstəyi ilə əlaqələndirib: “Bu amillər ev sahibi komandanın xeyrinə işlədi. Amma ümumi götürsək, hər kəs bu oyunda Ağdam təmsilçisinin qələbə qazanacağını düşünürdü. “Turan Tovuz”un medalçılar sırasında yer alması qış fasiləsində reallaşacaq transferlərdən asılı olacaq. Düşünürəm ki, komandaya hücumçu və iki mərkəz müdafiəçisi lazımdır. Bunlar həyata keçsə, bölgə təmsilçisini növbəti il avrokuboklarda görə bilərik”.

Mütəxəssis “Neftçi”nin “Araz-Naxçıvan”la görüşdəki məğlubiyyətinin (0:1) gözlənilməz olmadığını söyləyib: “Oyunun heç-heçə ilə bitəcəyini də gözləmək olardı. Ancaq işlər başqa cür cərəyan etdi. Fikrimcə, “ağ-qaralar”ın XI turda “Səbail” üzərində qələbəsi aldadıcı olmamalıdır. Çünki Samir Abasov yeni komanda formalaşdırır. Hazırda onun motivasiyadan başqa heç bir imkanı yoxdur. “Araz-Naxçıvan” son görüşlərdə yaxşı təsir bağışlayır. Mövsümü hansı pillədə bitirəcəyi dəqiq bilinmir. Çünki klubun büdcəsindən də çox şey asılıdır. Qışda alınacaq mümkün futbolçular indikilərdən güclü olmalıdır. Əks halda həmin transferlərin heç bir önəmi olmayacaq”.

Azərbaycan millisinin sabiq üzvü “Sabah”ın “Sumqayıt”la görüşdə (0:1) hücumda xüsusi nəsə yarada bilmədiyini deyib: “Komandanın “9” nömrə və pleymeyker mövqeyində problemləri var. Təəssüf ki, əvvəlki turlarda da bu hiss olunurdu. Bu da komandanın meydanı xalsız tərk etməsinə səbəb oldu. “Sumqayıt”a gəlincə, avrokubok şansı azdır. Qışda ediləcək dəyişikliklər komandanı birdən-birə yuxarı sıralara qaldırmayacaq. Çünki yeni oyunçuların uyğunlaşması üçün vaxt lazımdır. Vaqif Cavadovun qısa zamanda “kimyaçılar”ı yaxşı duruma gətirməsi çətin görünür. Əgər belə davam etsələr, növbəti il uğurlu nəticələr qazana bilərlər”.

51 yaşlı çalışdırıcı turnir cədvəlinin son pillələrində qərarlaşan “Kəpəz” və “Səbail” komandalarının Premyer Liqada qalmaq şanslarını da dəyərləndirib: “Səbail” barədə yeni baş məşqçinin təyinatından sonra danışmaq olar. “Kəpəz”in isə aşağı büdcə ilə güclü klublara qarşı oynaması çətindir. Komanda bəzi matçlarda bəxt hesabına qalib gələ bilər, lakin nəticə əldə etmək üçün heyəti daha da gücləndirməlisən”.

Qeyd edək ki, Misli Premyer Liqasında turnir cədvəlinə 28 xalla “Qarabağ” başçılıq edir. “Turan Tovuz” 25 xalla 2-ci pillədə qərarlaşıb. İlk “üçlüy”ü isə 24 xalla “Araz-Naxçıvan” tamamlayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see341

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see277

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see210

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see168

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see155

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri