Icma.az
close
up
RU
Şanslar hələ 50 nin 50 yədir Aslan Kərimov

Şanslar hələ 50 nin 50 yədir Aslan Kərimov

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" dünən səfərdə "Payde" ilə üz-üzə gəlib. Təmsilçimiz nə qədər üstün oyun nümayiş etdirsə də, qol imkanlarından yararlana bilməyib. İkinci hissənin sonlarında qapısında qol görən "qartallar" yekunda 0:1 hesabı ilə yeniliblər. Azərbaycan millisinin sabiq yarımüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb məğlubiyyətin səbəbini və cavab oyunu ilə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Zirə"nin rəqib qarşısında dominantlığı var idi. Estonlardan üstün oynasalar da, epizodları qola çevirə bilmirdilər. İkinci hissədə rəqib çox da hücum etmirdi. Yalnız hücuma oxşar bir şeylər edirdilər. Ancaq qol anından yaxşı istifadə etdilər. Sona qədər mübarizə aparıb qol vurmağı bacardılar. Hesab edirəm ki, bu, hələ heç nə demək deyil. Yəni demək istəyirəm ki, təmsilçimiz Bakıda Estoniyadakından daha da yaxşı oynayacaq. Əlbəttə ki, rəqib psixoloji cəhətdən üstünlük qazanıb. Çünki bir top fərqi ilə öndədirlər. Bakıda isə müdafiəyə daha çox üstünlük verəcək, imkan yaranan zaman xoşbəxtliyi əks-hücumlarda axtaracaqlar. Belə oyunlarda ümumi hesabda geridə olan tərəf bir qədər psixolji basqı altında olur. Çünki qol vurmağa məcbursan və rəqibə fərqlənmək şansı verməməlisən. Qol vurmaqdan ötrü "Zirə" daha böyük qüvvə ilə irəli getməlidir. Müəyyən boşluqlar ola bilər.  Lakin ümumi potensial olaraq bizim qol vurmaq şansımız rəqibə nisbətən daha çoxdur. Mənə görə şanslar hələ 50-nin 50-yədir. Oyun üslublarına baxsaq, "Zirə" daha üstündür".

Qeyd edək ki, tərəflərin cavab görüşü iyulun 30-da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://fanat.az
archiveBu xəbər 24 İyul 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri