Icma.az
close
up
RU
“Neftçi”nin futbolçususansa, keçilməməlisən” Aslan Kərimov “ağqaralar”ın problemini açıqladı

“Neftçi”nin futbolçususansa, keçilməməlisən” Aslan Kərimov “ağqaralar”ın problemini açıqladı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Neftçi” Samir Abasovun baş məşqçi postuna təyinatından sonra keçirdiyi üçüncü oyunda uduzdu. “Araz-Naxçıvan”ı qəbul edən bakılılar mövsümdə beşinci məğlubiyyətini aldı.
Bəs “ağ-qaralar”ın “doğma divarlar” arasında uduzmasına nə səbəb oldu? Komandanın qələbələri sıralaması üçün nə çatışmır?
Bu suallarla təcrübəli mütəxəssis Aslan Kərimova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:


“Neftçi” 4-1-4-1, “Araz-Naxçıvan” 4-2-3-1 sxemiyla meydana çıxdı. Qonaqlar iki dayaq yarımmüdafiəçisinin yardımıyla meydanın mərkəzində rəqibin hücumlarının qarşısını aldı. “Ağ-qaralar”ın hücumları ilk hissədə o qədər də tutarlı deyildi. Top itkilərinə çox yol verdilər. “Qırmızı-ağlar” meydan sahiblərinin sürətli keçidlər etməsinə imkan vermirdi. Muxtar Respublika təmsilçisi topu ələ keçirən kimi çəkinmədən irəli atılır, müdafiə xəttinin arxasına “sızmağı” bacarırdı. Rəqibi aldatmağı bacardılar. Elmar Baxşıyevin komandası rəqibin meydançasında da cəsarətli çıxış edib qol vurmağa çalışırdı.
Ümumiyyətlə, “Neftçi”nin oyunçuları bərbad deyil. Amma bu matçda həmin keyfiyyəti göstərmədilər. Əksinə, müdafiəçilər qonaqların təhlükəli hücumlar etməsinə “yardım etdi”. “Neftçi”nin futbolçususansa, keçilməməlisən. “Araz-Naxçıvan”ın növbəti yaxşı cəhəti isə rəqibin cərimə meydançasında sürətlə say çoxluğu yarada bilməsidi. “Ağ-qaralar” bəzi epizodlarda riskli oynadı. Amma həmin cəhdlər də uğursuz oldu. Ciddi təzyiq yarada bilmədilər. Elmar Baxşıyevin komandası “Qarabağ” və “Zirə”yə qarşı da belə cəsarətli oyun göstərib. Komandada psixoloji sakitlik var. Bu üzdən istənilən rəqiblə oynayanda rahat olurlar. Qara Qarayevin gəlişi də önəmli addım idi. O, qısa zamanda komandaya uyğunlaşacaq. Belədə kollektiv meydanın mərkəzində də qarşısıalınmaz olacaq. “Araz-Naxçıvan” indiyə qədər hücum və müdafiə xəttində çox yaxşı çıxış edirdisə, artıq yarımmüdafiədə də göz oxşayacaq. “Neftçi” isə daha yaxşı oynamalıdı. Bunun üçün, təbii ki, zaman lazımdı. “Oyunçuları pisdi” deyə bilmirəm. Hamısı təcrübəlidi, amma ölkəmizdə yaxşı performans göstərə bilmirlər. Artıq ikinci ötürmədə topu itirirlər. Çox güman ki, Samir Abasovun oyun üslubunu başa düşəcəklər”.


KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Noyabr 2024 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri