Azərbaycan boksçuları dünya birinciliyində yeni rekorda imza atdılar
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gənc boksçulardan ibarət Azərbaycan milli komandası tarixi uğura imza atıb.
QOL.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yığmamız Monteneqronun Budva şəhərində keçirilən dünya çempionatında fərqlənib.
Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi millimizin 5 boksçusu mundialın yarımfinalına adlayıb. Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq) və Aynur Mikayılova (57 kq) 1/4 final mərhələsini qələbə ilə başa vurublar. Bununla da yığmamız yarışın 5 mükafatını təmin edib.
Bu nəticə Azərbaycan boks tarixində yeni rekorddur. Millimiz indiyədək gənclərin dünya birinciliyində heç vaxt bu qədər mükafat qazanmayıb.
Əvvəlki rekord 2004-cü ildə qeydə alınıb. 20 il əvvəl 4 boksçumuz yarımfinala adlayıb. Cənubi Koreyanın Jeju şəhərində baş tutan mundialda boksçularımızın qazancı 4 bürünc mükafat olub.
Aynur Mikayılova isə mundialda medal qazanacaq ilk azərbaycanlı qız boksçu olacaq. Bunadək heç bir idmançımız bunu bacarmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 04 Noyabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















