Azərbaycanın COP29a ev sahibliyi etməsi dövlətimizin artan nüfuzunun və lider mövqeyinin göstəricisidir Əhməd İsmayılov
Icma.az сообщает, основываясь на информации сайта Day.az.
İşğaldan azad olunmuş ərazilərimizdə sürətli quruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdış prosesinin intensivləşməsi ilə yanaşı, paytaxt Bakının müstəqillik tariximizin ən böyük, qlobal miqyaslı tədbirinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi dövlətimizin artan nüfuzunun və lider mövqeyinin göstəricisi olub.
Day.Az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov "Media Savadlılığı" konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanın dinamik ictimai mühiti, dövlətimizin dünyanın diqqət mərkəzinə çevrilməsi ilk növbədə Azərbaycan mediasının fəaliyyətinə ciddi təsir göstərmiş, onun tək ölkə daxilində deyil, eyni zamanda beynəlxalq media gündəminin formalaşdırılmasında peşəkar fəallığını artırması üçün ciddi informasiya əsası yaradıb.
"COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun günü-gündən artmasının, regional və qlobal layihələrin həyata keçirilməsində öz üzərinə yeni rol və məsuliyyət götürməsinin növbəti təzahürü idi.
BMT tərəfindən dünyanın bir nömrəli qlobal problemi hesab edilən iqlim dəyişikliklərinə həsr olunmuş COP29-un effektiv işıqlandırılması, onun mahiyyəti və əhəmiyyəti barədə cəmiyyətin dolğun məlumatlandırılması baxımından səmərəli media və kommunikasiya mexanizminin qurulması ictimai rəyin düzgün formalaşdırılması üçün müstəsna əhəmiyyət daşıyırdı.
Apardığımız təhlillər göstərir ki, Azərbaycanın bütün media subyektləri müstəqillik tariximizin ən böyük tədbiri zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş, həm yerli, həm də xarici auditoriyanın informasiya ilə təmin edilməsində səylərini əsirgəməyiblər.
Fürsətdən istifadə edərək, COP29 zamanı peşəkar fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirmiş jurnalistlərimizi bir daha təbrik edir, təşəkkürümüzü bildiririk!",- deyə o bildirib.
Другие новости на эту тему:
Просмотров:149
Эта новость заархивирована с источника 17 Декабря 2024 11:15 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















