Media savadlılığı həm peşəkar jurnalistlərin, həm də auditoriyanın ortaq məsuliyyətidir Əhməd İsmayılov
Как стало известно Icma.az, со ссылкой на сайт Day.az.
Artıq dörd ildir ki, ilin son günlərində media savadlılığı mövzusu ətrafında sistemli, ardıcıl və həmrəy fəaliyyətin təşkili ölkəmizdə mühüm bir ənənəyə çevrilib. Rəqəmsallaşmanın sürətlə dərinləşdiyi, informasiya istehsalı və istehlakının miqyasının əhəmiyyətli dərəcədə artdığı bir dövrdə təhlükəsizlik, məsuliyyətlilik və etibarlılıq prinsiplərini özündə birləşdirən media savadlılığı anlayışı xüsusi aktuallıq kəsb edir.
Day.Az xəbər verir ki, bu fikirləri bu gün "Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı" konfransında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, bu yanaşma yalnız informasiya sahəsinin iştirakçıları üçün deyil, bütövlükdə cəmiyyət üçün mühüm dəyər və davranış modeli formalaşdırır:
"Real vaxt rejimində məlumatların saniyələr içərisində geniş auditoriyalara çatdığı müasir informasiya mühitində bu il həm də Azərbaycan milli mətbuatının 150 illik yubileyini qeyd edirik. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yubileyin geniş şəkildə qeyd olunması milli mətbuatın tarixi rolunun, ictimai rəyin formalaşmasında tutduğu mövqeyin, maarifçilik ənənələrinin və dövlətçilik ideyalarının qorunması və inkişaf etdirilməsindəki əhəmiyyətinin dərin şəkildə təhlil edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu yubiley, eyni zamanda, "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatın keçdiyi inkişaf yoluna nəzər salmaq, qlobal informasiya mühitinin çağırışları fonunda medianın üzərinə düşən yeni vəzifələri müəyyənləşdirmək üçün geniş imkanlar yaradır. Milli mətbuatın zəngin tarixi irsi müasir dövrdə daha böyük məsuliyyət tələb edir".
Ə.İsmayılov bildirib ki, rəqəmsal media mühitinin sürətli genişlənməsi, informasiyanın operativliyinin bir çox hallarda dəqiqlik meyarını üstələməsi, sosial media platformalarının ictimai rəyə təsir imkanlarının artması informasiya mübadiləsini kollektiv məsuliyyətə əsaslanan bir prosesə çevirir:
"Bu şəraitdə məlumatın mənbəyindən asılı olmayaraq onun düzgünlüyünün, obyektivliyinin və ictimai faydasının qorunması prioritet məsələ kimi ön plana çıxır. Mövcud qlobal informasiya təhdidləri və yeni reallıqlar fonunda ölkəmizin informasiya mühitinin qorunması, vətəndaşların düzgün, etibarlı və obyektiv məlumata çıxış imkanlarının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Media subyektlərinin cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə dolğun və məsuliyyətli şəkildə təmin etməsi ilə əhalinin media savadlılığının artırılması prosesi bir-birini tamamlayan və qarşılıqlı şəkildə gücləndirən mexanizmlər kimi çıxış edir. Xüsusilə süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi mövcud mərhələdə sağlam informasiya mühitinin qorunması, etik normalara riayət olunması və doğru məlumatların təşviqi strateji əhəmiyyət daşıyır".
Onun fikrincə, media savadlılığının gücləndirilməsi yalnız peşəkar jurnalistlərin deyil, eyni zamanda məlumat istehlakçısı olan geniş auditoriyanın da üzərinə düşən məsuliyyət kimi dəyərləndirilməlidir. Sorğulayıcı düşünmə bacarığı, məlumatın mənbəyini və məqsədini dəyərləndirmək vərdişləri müasir cəmiyyətin dayanıqlılığını şərtləndirən əsas amillərdəndir:
"Qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alan dezinformasiyaya qarşı mübarizədə media savadlılığının artırılması, media məzmununun dəyərləndirilməsi ilə bağlı davamlı və sistemli maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi ölkəmizdə prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. 2022-ci ildə qüvvəyə minmiş "Media haqqında" Azərbaycan Respublikası Qanununda media savadlılığı anlayışının ilk dəfə hüquqi müstəvidə təsbit edilməsi və bu sahədə dövlət tədbirlərinin həyata keçirilməsinin Medianın İnkişafı Agentliyinə həvalə olunması bu istiqamətdə atılmış mühüm institusional addımdır".
O vurğulayıb ki, media savadlılığının artırılması çoxşaxəli və kompleks bir prosesdir. Bu baxımdan ailə institutu, təhsil sistemi, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media subyektləri arasında koordinasiyalı və məqsədyönlü əməkdaşlıq səmərəli nəticələrin əldə olunması üçün zəruri şərtdir:
"Media Savadlılığı Həftəsi" çərçivəsində keçirilən tədbirlər də məhz bu əməkdaşlığın gücləndirilməsinə, təşəbbüskarlığın artırılmasına və media mühitində məsuliyyətli yanaşmanın təşviqinə xidmət edir. Uğurlu beynəlxalq təcrübəyə əsaslanan daxili strategiya çərçivəsində Medianın İnkişafı Agentliyi tərəfindən cəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması məqsədilə mərhələli və ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə icra olunan proqramlar nəticəsində indiyədək 25-dən çox regionda 2000-dən artıq gənc prosesə cəlb edilib, ümumtəhsil müəssisələrində media savadlılığı mövzusunun əhatə dairəsinin genişləndirilməsi məqsədilə 20-dən artıq orta məktəbdə 3000-dən çox şagird üçün məlumatlandırıcı sessiyalar təşkil olunub, media subyektləri ilə əməkdaşlıq çərçivəsində isə maarifləndirici və təşviqedici materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilib".
Другие новости на эту тему:
Просмотров:65
Эта новость заархивирована с источника 22 Декабря 2025 15:56 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















