Icma.az
close
up
RU
Azercell COP29un telekommunikasiya tərəfdaşıdır AzPolitika onlayn siyasiictimai qəzet

Azercell COP29un telekommunikasiya tərəfdaşıdır AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azercell Telekom” MMC COP29-un rəsmi telekommunikasiya tərəfdaşı qismində çıxış edərək davamlı və dayanıqlı inkişafa, ətraf mühitin mühafizəsinə sadiqliyini bir daha nümayiş etdirir. COP29-la tərəfdaşlıq çərçivəsində şirkət dayanıqlılıq strategiyasını gücləndirməklə yanaşı, daha yaşıl gələcək üçün yeni əməkdaşlıqların qurulmasını hədəfləyir.

“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova şirkətin cəmiyyət və ətraf mühit qarşısında üzərinə götürdüyü sosial məsuliyyəti vurğuladı: “Azercell Azərbaycanın lider mobil operatoru və ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biridir. Şirkətimiz ölkə boyu tətbiq etdiyi ekoloji cəhətdən təmiz texnologiyalar və bərpa olunan enerji həlləri vasitəsilə ətraf mühitə təsirini minimuma endirməyə çalışır. İqlim dəyişikliyinə qarşı mübarizə səylərini dəstəkləməklə biz korporativ idarəetmədə yeni standartlar da müəyyən edirik. Birlikdə daha dayanıqlı və yaşıl gələcək üçün zəmin yarada biləcəyimizə inanıram”.

COP29 Azərbaycanın İdarə Heyətinin sədri Nərmin Carçalova Azercell-in təcrübəsinin bu tədbirin uğurla həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib: “Azercell ölkəmizdə ən böyük bazar payına sahib mobil operator olaraq telekommunikasiya məkanında böyük nüfuza malikdir. Hər zaman ölkəmizə innovativ texnoloji yenilikləri gətirən Azercell COP29-da sosial yönümlü layihələrini, xüsusilə də iqlim fəaliyyəti ilə bağlı həyata keçirdiyi təşəbbüsləri nümayiş etdirmək imkanı əldə edəcək”.

Azercell-in dayanıqlılıq siyasəti müxtəlif ekoloji təşəbbüslər vasitəsilə karbon emissiyalarının azaldılması, enerjidən istifadənin optimallaşdırılması, su və yanacaq səmərəliliyinin artırılmasına yönəlib. Şirkət 2017-ci ildən etibarən ölkə ərazisində günəş enerjisi ilə işləyən baza stansiyalarının tətbiqinə başlayıb. Təkcə Qarabağda lider mobil operatorun 35 yaşıl baza stansiyası fəaliyyət göstərir və onların enerji tələbatının 60%-i bərpa olunan enerji hesabına qarşılanır. Həmçinin Azercell bir sıra qlobal iqlim təşəbbüslərini də dəstəkləyir. Belə ki, BMT-nin Qlobal Sazişinə və GSMA-nın İqlim Fəaliyyəti İşçi Qrupuna qoşulmaqla Azercell digər bazar iştirakçılarını da ətraf mühitlə bağlı səylərini gücləndirməyə təşviq edir. Qeyd edək ki, bu il Azercell ictimaiyyətə ilk ESG hesabatını da təqdim edib. 10 gün davam edəcək tədbir zamanı Azercell COP29-un keçiriləcəyi məkanda konfrans iştirakçılarını kəsintisiz telekommunikasiya xidmətləri ilə təmin edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Noyabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see268

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see197

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see175

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see165

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see146

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see141

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see141

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see139

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see135

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri