Bakının bu rayonlarında mənzillər kəskin bahalaşdı VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Daşınmaz əmlak bazarında qiymət artımı tendensiyası davam edir.
Paytaxtın bəzi rayonlarında son bir ayda mənzillərin qiyməti kəskin bahalaşıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ötən ay şəhərin bütün rayonlarında qiymətlər sentyabrla müqayisədə yüksəlib və bu artım daşınmaz əmlakın bütün növlərini əhatə edib.
Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, oktyabr ayında torpaq sahələrinin qiyməti 3,4 %, qeyri-yaşayış obyektlərinin qiyməti isə 2 % artıb. Yeni tikili mənzillərdə ümumi artım 1,9 % təşkil edib. 2000-ci illərin əvvəllərində tikilmiş binalarda qiymətlər 1,5 %, ən yeni tikililərdə isə 2,3 % yüksəlib. Köhnə tikililərdə artım 0,7 %, fərdi yaşayış evlərində 1,1 %, təməl mərhələsində olan layihələrdə isə 3 % olub.
Vüqar Oruc qeyd edib ki, artım tempi Nizamidə 2,3 %, Xətaidə 2,1 %, Səbaildə 2 %, Sabunçuda 1,8 %, Binəqədidə 1,7 %, Suraxanıda 1,5 %, Xəzərdə 1,1 %, Pirallahıda 1,2 %, Qaradağda isə 0,9 % təşkil edib.
O da bildirildi ki, mövcud göstəricilər və bazarın hazırkı dinamikasına əsasən, yaxın perspektivdə Bakıda daşınmaz əmlak qiymətlərinin azalması gözlənilmir. Əksinə, tələbin yüksəlməsi və tikinti şərtlərinin dəyişməsi qiymət artımını daha da sabitləşdirərək bazarda bahalaşma tendensiyasını qoruyacaq.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 16 Noyabr 2025 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















