Icma.az
close
up
RU
Bəstəkar Cahangir Cahangirovun xatirəsinə həsr olunmuş konsert təşkil edilib AZƏRTAC

Bəstəkar Cahangir Cahangirovun xatirəsinə həsr olunmuş konsert təşkil edilib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında unudulmaz bəstəkar, Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 103 illiyi münasibətilə konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsertdə Mirxalid Salayevin rəhbərlik etdiyi teatrın instrumental ansamblının müşayiəti ilə bəstəkarın mahnılarını sənət ocağının solistləri ifa ediblər.

Əvvəlcə bəstəkarın həyat və yaradıcılığından söz açılıb, müəllifi olduğu musiqi əsərlərinin orijinallığı vurğulanıb. Bildirilib ki, bu il dahi şair Füzulinin 530 illiyi qeyd edilir və bəstəkarın "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib.

Proqramda Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Heydər Anatollu, solistlər Aynur İsgəndərli, Rövşən Qəhrəmanov, Fəxri Kazım Nicat və Ayşən Mehdiyeva bəstəkarın dillər əzbəri olan mahnılarını ifa ediblər. Həmçinin ansamblın ifasında bəstəkarın instrumental əsərləri də səsləndirilib.

Sonda bəstəkarın qızı Səidə Məhərrəmova çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə teatrın kollektivinə təşəkkürünü bildirib.

Qeyd edək ki, görkəmli bəstəkar Cahangir Cahangirov 1921-ci ildə Balaxanı kəndində anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1949-cu ildən başlayaraq C.Cahangirov Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Onun yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib.

Cahangir Cahangirov həm də Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq, bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Bəstəkar vaxtaşırı Füzuli şeiriyyatından ilhamlanaraq ürəyəyatımlı əsərlər bəstələyib. Bu baxımdan onun Füzulinin qəzəllərinə bəstələdiyi vokal miniatürlərini, "Eşitməzdim" qəzəl-romansı vurğulamaq olar.

Xalq artisti Cahangir Cahangirov 1992-ci ilin mart ayında dünyasını dəyişib. Fəxri xiyabanda dəfn olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri