Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib
Icma.az, ссылаясь на сайт Day.az, отмечает.
"Startap" şəhadətnaməsi almış sahibkarların 10-u Bakı şəhərindən, 6-sı isə regionlardandır.
2026-cı ilin yanvar-mart aylarında 29 mikro və kiçik sahibkar "Startap" şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib.
Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Startapın müəyyən olunması meyarları"na əsasən Ekspertlər Şurası tərəfindən 16 mikro və kiçik sahibkara "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarların 10-u hüquqi, 6-sı fiziki şəxsdir. Startaplardan 10-u Bakı şəhərindən, 6-sı isə regionlardandır.
"Startap" şəhadətnaməsi almış biznes subyektləri istehsal və xidmət sektorlarında fəaliyyət göstərir, startapların əsas istiqamətləri e-ticarət və rəqəmsal marketinq, səhiyyə texnologiyaları, onlayn oyun istehsalı, səyahət və turizm xidmətləri, rəqəmsal ödəniş sistemləri və s. sahələrdə innovativ həlləri özündə ehtiva edir.
Qeyd edək ki, "Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. "Startap" şəhadətnaməsinin verilməsi, yaxud imtina edilməsi haqqında qərar KOBİA tərəfindən Ekspertlər Şurasının rəyi əsasında verilir.
Ekspertlər Şurası Agentliyin nəzdində 12 nəfərdən ibarət olan müxtəlif dövlət qurumlarının nümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir. Mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Другие новости на эту тему:
Просмотров:120
Эта новость заархивирована с источника 20 Апреля 2026 12:17 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















