Icma.az
close
up
RU
GDUda “Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib AZƏRTAC

GDUda “Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə, 4 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetinin (GDU) ikinci tədris korpusunda “Code For Future” layihəsi çərçivəsində icra olunan “Code Academy” layihəsini bitirən Riyaziyyat və informatika fakültəsinin tələbələrinin “Məzun günü” keçirilib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə “Code Academy” layihəsinin rəhbəri Asiya Rüstəmova Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin dəstək verdiyi layihənin 2022-ci ildən daha da genişlənərək regionlarda da icra olunduğunu bildirib. Qeyd edib ki, Gəncə Dövlət Universitetinin tələbələri də bu layihədə çox yaxından fəal iştirak edirlər. Artıq 3 semestr ərzində “Code Academy” layihəsinə universitetin Riyaziyyat və informatika fakültəsinin 152 tələbəsi qatılıb. Bu layihənin məqsədi tələbələrin sektorun tələb etdiyi ixtisaslara uyğun təhsil almasını təmin etmək, alınan təhsili təsdiq edən “Code Academy” diplomuna və beynəlxalq sertifikatlara yiyələndirməkdir. Həmçinin praktika əsaslı təhsil modeli ilə mütəmadi bilik və təcrübələrini inkişaf etdirmək, karyera mərkəzi təlimləri və məsləhətlərlə iş həyatına daxil olmaları asanlaşdırmaqdır.

O da diqqətə çatdırılıb ki, GDU-da tələbələrə İT Helpdesk və Veb proqramlaşdırmanın əsasları ixtisasları tədris edilib.

Layihənin idarəetmə üzrə aparıcı mütəxəssisləri Ülvi Səfərli, Püstəxanım Mənsimzadə, eləcə də müəllimlər Kənan Əmirov və Mirnağı Seyidov layihə çərçivəsində “Code Academy” təhsil modelinə qoşulmaqla nəzəri biliklərlə yanaşı, təcrübə keçmək imkanlarından da danışıblar.

Sonda məzunlara sertifikat və diplomlar təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri