Icma.az
close
up
RU
Məzun Günü keçirilib

Məzun Günü keçirilib

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“ASAN xidmət”in “Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya proqramının I Məzun Günü keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təbrik nitqi ilə çıxış ediblər.

“Bilim Azərbaycan” layihəsinin rəhbəri Ahmet Köse “Deneyap" texnologiya proqramına dair hesabatla çıxış edib və videoçarx nümayiş olunub. Bildirilib ki, 2022–2025-ci illər üzrə proqramın məzunları müxtəlif yarış və müsabiqələrdə uğurla çıxış edib, bir çox layihələrlə qalib və mükafatçı olublar.

Sonda proqramı uğurla başa vuran şagirdlərə məzun diplomları təqdim olunub.Xatırladaq ki, “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən “Bilim Azərbaycan” layihəsi çərçivəsində fəaliyyət göstərir.

Layihə 2021-ci il sentyabrın 23-də Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) arasında imzalanmış Anlaşma Protokolu əsasında həyata keçirilir. Əsas hədəflər 6–14 yaşlı uşaqlarda elmə, texnologiyaya, sahibkarlığa və innovasiyaya marağı artırmaq, onlarda müasir bacarıqları formalaşdırmaqdır. 

Bu çərçivədə yaradılan “Bilim Bakı” və “Bilim Quba” mərkəzlərində gələcəyin tələblərinə uyğun, layihə əsaslı təhsil verən “Deneyap" texnologiya proqramı reallaşdırılır. Proqram gündəlik həyat problemlərinin həllinə yönəlmiş, şagirdlərə yaradıcı düşüncə və innovativ bacarıqlar qazandıran kompleks tədris modelidir. Ümumtəhsil məktəblərinin 4–7-ci siniflərini bitirən şagirdlər iki mərhələli imtahan nəticəsində proqramda iştirak hüququ qazanırlar.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri