Nazir İlahə Fərəcovanı direktor təyin etdi
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan Qızlar Liseyinə yeni direktor təyin edilib.
News24.az modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə İlahə Vahid qızı Fərəcova gətirilib. O, bundan əvvəl Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Məlumatı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən təsdiqləyiblər.
Xatırladaq ki, liseyə əvvəllər Naxçıvan Ali Məclisinin deputatı Aidə Allahverdiyeva rəhbərlik edib.
Qeyd edək ki, Naxçıvan Qızlar Liseyi Naxçıvan Muxtar Respublikasında 1992-ci ildə "Xanım Qızlar Pansionu" adı ilə yaradılıb. 2004-cü ildən Naxçıvan Qızlar Liseyi adı ilə fəaliyyətini davam etdirən lisey Azərbaycanda yeganə qızlar məktəbidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 04 Noyabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















