Türkiyədə şəhidin dəfnində gülən şəxslərin kimliyi bilindi
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Muğla şəhərində şəhid Emrah Kuranın dəfn mərasimində gülən şəxslərin AK Parti Muğla Böyükşəhər Bələdiyyə Sədri namizədi Aydın Ayaydın və CHP Milas Bələdiyyə Sədri Fevzi Topuz olduğu məlum olub.
Milli.Az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq kəskin tənqidlərə səbəb olub. Hadisədən sonra açıqlama verən Aydın Ayaydın bildirib ki, onun gülüşü yanındakı şəxslərin etdiyi zarafata reaksiyadır və şəhidə hörmətsizlik etmək məqsədi daşımayıb.
Ayaydın qeyd edib ki, ürək əməliyyatından sonra həkimlərin xəbərdarlığına baxmayaraq mərasimə qatılıb. "Namazın başlamasını gözləyərkən yanımdakı rəsmi şəxslərdən biri 'Ürəyinizi yeniləmisiniz, sahədə sizinlə başa çıxmaq daha da çətin olacaq' deyə zarafat etdi. Mən də refleks olaraq bir neçə saniyəlik gülümsədim. Beş saatlıq mərasimin yalnız bu qısa anını alıb şəhidimizə hörmətsizlik etmiş kimi göstərənləri vicdanları ilə baş-başa buraxıram," - deyə o, bildirib.
Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 16 Noyabr 2025 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















