Ceko rəsmən Fiorentina da
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Fənərbaxça” ilə yollarını ayıran Edin Cekonun karyerasını davam etdirəcəyi klub müəyyənləşib.
Apasport.az xəbər verir ki, 39 yaşlı bosniyalı hücumçu “Fiorentina”ya transfer olub.
Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti rəsmi açıqlama yayıb. Təcrübəli forvardla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ceko daha əvvəl İtaliyada “Roma” və “İnter” klublarının da formasını geyinib.

