Icma.az
close
up
RU
“Avropanın ölkəmizə “demokratiya dərs”i keçməsi qəbulolunmazdır” “Gürcü Arzusu”

“Avropanın ölkəmizə “demokratiya dərs”i keçməsi qəbulolunmazdır” “Gürcü Arzusu”

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası Avropa İttifaqı (Aİ) və Avropanın 17 ölkəsinin nümayəndələrinin tənqidi bəyanatına açıqlama ilə cavab verib.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, partiyanın bəyanatında bildirilir ki, Avropada demokratik prinsiplərin və əsas dəyərlərin sürətlə aşındığı dövrdə “dərin dövlət” anlayışı getdikcə daha çox təsir gücünə malik olur. “Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti və Böyük Britaniya qeyri-rəsmi idarəçilik altında fəaliyyət göstərir”, - bəyanatda vurğulanır.

Partiya hesab edir ki, Gürcüstana qarşı son tənqidlər, xüsusən yerli seçkilər ərəfəsində radikal müxalifət təmsilçilərinin həbsinə dair iddialar qərəzlidir. Partiya bildirir ki, həbslər qanuna uyğun həyata keçirilib və hüquqi baxımdan Avropa standartlarına tam uyğundur.

“Gürcü xalqı “dərin dövlətin” agenturasının hakimiyyətə qayıtmasına imkan vermədi. Bunu qəbul edə bilməyən xarici dairələr Gürcüstana qarşı təzyiqləri artırıblar”, - bəyanatda qeyd olunub.

Sənəddə vurğulanır ki, son etiraz aksiyalarında zorakılığa yol verilib və bu aksiyalara xaricdən – o cümlədən ABŞ və Aİ fondlarından maliyyə dəstəyi göstərilib.

Partiya həmçinin Avropanın bəzi ölkələrində, o cümlədən Almaniya, Fransa və Rumıniyada siyasi təqib hallarının baş verdiyini, seçki nəticələrinin ləğv olunduğunu və namizədlərə qarşı cinayət işlərinin açıldığını qeyd edərək, bu cür hallarda Avropanın Gürcüstana “demokratiya dərsi” keçməsinin qəbulolunmaz olduğunu bildirib.

Partiya Avropa İttifaqı ilə ədalətli əməkdaşlığa açıq olduğunu, lakin Gürcüstanın suverenliyinin və xalqın iradəsinin heç bir xarici təzyiqlə dəyişdirilməyəcəyini bəyan edib:

“Biz hər kəslə ədalətli əməkdaşlığa hazırıq. Lakin Gürcüstana Avropa nə qədər lazımdırsa, Avropa İttifaqına da Gürcüstan o qədər lazımdır”, - bəyanatda vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 İyul 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri