Icma.az
close
up
RU
Menu

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

Rusiya Fransa üçün əsas təhdiddir

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

Nizaminin Sirlər xəzinəsi ndə ölüm məqamları Fərid Hüseyn

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

“Eşref” və “Demir” eyni layihədə

Ərdoğanın yeni uğuru: PKK terrorçuları tərk silah yolunda TƏHLİL

Ərdoğanın yeni uğuru: PKK terrorçuları tərk silah yolunda TƏHLİL

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ankara, 12 iyul, AZƏRTAC

2025-ci il 11 iyul tarixi Türkiyə üçün PKK terror təşkilatının timsalında milli təhlükəsizliyə təhdidin tezliklə tam aradan qaldırılması üzrə ümid mənbəyi oldu.

Həmin gün qadağan olunmuş təşkilatın yaraqlılarının birinci qrupu silahlarını nümayişkaranə şəkildə təhvil verib ki, bu da 40 il 10 ay 26 gün davam edən terror fəaliyyətinin tam tərk-silah edilməsi istiqamətində simvolik addım olub.

İraqın qərbindəki Süleymaniyə şəhərinin 50 kilometr qərbində yerləşən Casana mağarasına toplaşanlar cinayətkar təşkilatı tərk-silah və məhv etməyə hazır olduqlarını göstərən terrorçuların silahlarının necə toplanaraq yandırılmasının şahidi olublar.

PKK təhlükəsi 1984-cü il avqustun ortalarında Siirt vilayətinin Eruh və Hakkari vilayətinin Şəmdinli rayonlarında terrorçuların ilk silahlı hücumlarını həyata keçirərkən Türkiyənin gündəminə gəlib.

Sonrakı onilliklərdə törədilən terror aktları nəticəsində 50 minə qədər Türkiyə vətəndaşı qətlə yetirilib, 10 minə yaxın asayiş keşikçisi şəhid olub. Eyni zamanda, terrorçuların əməllərindən dəyən iqtisadi ziyan 2 trilyon dollara çatıb.

Dönüş nöqtəsi yalnız daxili müdafiə sənayesini inkişaf etdirərək Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsinə diqqət yetirən Prezident Rəcəb Tayyib Ərdoğanın siyasəti sayəsində əldə edilib.

İraq və Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrində effektiv antiterror əməliyyatları başlayıb, bu əməliyyatlar zamanı yerli silahlardan istifadə edilib. Ankara artıq idxal olunan silahlardan asılı deyildi. Beləliklə, Ankaraya xarici təsir rıçaqları aradan qaldırılıb, həmçinin ayrı-ayrı dövlətlərin məhdudiyyət və embarqoları Türkiyə hakimiyyətinin qətiyyətinə təsir etməyib.

Nəticədə terrorçuların Türkiyənin özündə də mövqeləri xeyli zəifləyib, sıraları seyrəlməyə başlayıb.

Sistemli antiterror əməliyyatları Türkiyə ərazisində terror təhlükəsini böyük ölçüdə aradan qaldırıb, terrorizmlə mübarizənin əsas mərhələsi İraq və Suriyanın sərhədyanı rayonlarını əhatə edib. 1999-cu ildə Keniyadan Türkiyəyə gətirilən PKK lideri Abdullah Öcalan on illərdir ki, vaxtaşırı vəkillər və ayrı-ayrı siyasətçilər tərəfindən ziyarət edilən İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkir.

Qanlı təşkilatın tərk-silah edilməsi və özünü buraxması yolunda dönüş nöqtəsi Türkiyə Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Dövlət Bahçelinin 22 oktyabr 2024-cü il tarixində qanlı təşkilatın tamamilə ləğv edilməsi çağırışı oldu.

Terrorçuların lideri fevralın 27-də DEM Partiyasının nümayəndələrinin İmralı həbsxanasına getməsindən sonra məlum çağırışı dəstəkləyib.

Öcalanın çağırışı açıqlanandan iki gün sonra terrorçular “atəşkəs” elan ediblər, mayın 12-də isə qanlı təşkilatın ləğvi və tərk-silah edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, terrorçuların hərəkətləri həm Milli Kəşfiyyat Təşkilatı (MİT), həm də Türkiyənin Müdafiə Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən diqqətlə izlənilir.

Türkiyə rəsmiləri eyni vaxtda İraq rəsmiləri ilə əlaqə yaradıb, terrorla mübarizədə addımların koordinasiyasını müzakirə ediblər. Prezident Rəcəb Tayyib Ərdoğanın təmsil olunduğu Türkiyə rəhbərliyi “Terrorsuz Türkiyə” şüarı ilə ölkənin inkişafının yeni mərhələsini elan edib.

Terrorçuların bir gecədə tərk-silah edilməsi mövzusu təkcə siyasətçilər arasında deyil, həm də ekspert icması və medianın müzakirə mövzusuna çevrilib, burada cinayətkar təşkilatın özünü ləğv etməsinin müxtəlif ssenariləri fəal şəkildə təhlil edilib.

Terror təşkilatının tam ləğvi istiqamətində ilk addım iyulun 11-də İraqın Süleymaniyə əyalətinin Dükan rayonunda atılıb və orada yarısı qadın olmaqla 30 terrorçu Casana mağarasına (Süleymaniyə şəhərindən 50 km aralıda) gələrək silahlarını yerə qoyub və yandırıb. Aksiyanın yeri təsadüfən seçilməyib. 1923-cü ilin fevralında o dövrdə ingilis hökmranlığına qarşı mübarizə aparan üsyançı lider Şeyx Mahmud Hadifə Berzenci Casana mağarasına sığınır. İlk kürddilli qəzetlərdən biri olan “Bəngi Haq”ın (“Ədalətin səsi”) mətbəəsi də burada yerləşirdi.

Ankaranın siyasi dairələrində PKK terrorçularının hərəkətləri “Terrorsuz Türkiyə” ideyasının həyata keçirilməsi istiqamətində müsbət addım kimi qəbul edilib. Prezident Ərdoğan Süleymaniyədə baş verənlərin Türkiyə tarixində yeni müsbət proseslərin müjdəçisi olacağına, cəmiyyətin birliyini və həmrəyliyini gücləndirəcəyinə ümidvar olduğunu bildirib.

Terror təhlükəsinin aradan qaldırılması istiqamətində atılacaq növbəti addım Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkənin ali qanunverici orqanında təmsil olunan siyasi partiyaların nümayəndələrinin iştirakı ilə parlament komissiyasının yaradılması olmalıdır. Komissiyanın vəzifəsi silahı yerə qoyan yaraqlılarla bağlı tənzimləmə addımlarını, o cümlədən onların Türkiyə cəmiyyətinə inteqrasiyasını müzakirə etmək olacaq.

Eyni zamanda, terrorçuların zərərsizləşdirilməsi prosesinin bu ilin sentyabr ayının sonuna qədər davam edəcəyi gözlənilir.

Oktyabr ayına qədər Türkiyənin uyğun strukturları terror təşkilatının tamamilə tərk-silah edildiyini qeyd edərsə, milli qanunvericiliyə dəyişikliklərin yeni mərhələsi başlayacaq.

Eyni zamanda, Ankara Türkiyə dövlətçiliyinin fundamental prinsiplərinin müzakirə mövzusu olmadığını vurğulayır.

Bir sıra türk nəşrinin yazdığına görə, Türkiyə strukturlarının sonrakı hər bir qərarı PKK-nın addımlarının təhlilinə əsaslanacaq, yəni, bu məsələdə “qarşılıqlılıq” prinsipi tətbiq olunacaq. Eyni zamanda, terrorçuların hərəkətləri MİT və Müdafiə Nazirliyi tərəfindən izlənilməkdə davam edir, burada onlar təkcə İraqda deyil, Suriya və terror təşkilatının hücrələrinin və qanlı strukturun ortaqlarının yerləşdiyi Avropa ölkələrindəki prosesləri təhlil edirlər.

Türkiyənin aparıcı siyasi qüvvələrinin, ekspert icmasının və medianın nümayəndələri həmfikirdirlər ki, PKK terror təşkilatının tərk-silah edilməsi və məhvi dövlət başçısının rəhbərliyi altında ölkənin güclü və nüfuzlu beynəlxalq aktor kimi inkişafının yeni mərhələsinə qədəm qoyan Prezident Ərdoğanın siyasətinin yeni nailiyyətidir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyul 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see193

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see167

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see166

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see138

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see131

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see128

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see127

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see126

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

11 İyul 2025 07:37see126

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see125

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see125

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see125

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

11 İyul 2025 10:10see120

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see120

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see117

Nizaminin Sirlər xəzinəsi ndə ölüm məqamları Fərid Hüseyn

11 İyul 2025 09:01see113

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

11 İyul 2025 07:40see113

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

11 İyul 2025 09:15see113

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see113

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri