Icma.az
close
up
RU
Menu

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

Rusiya Fransa üçün əsas təhdiddir

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

Avropa ölkələri Ukraynada qüvvələr yerləşdirmək planlarını razılaşdırıblar

“Eşref” və “Demir” eyni layihədə

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

“NAZİR İSLAHATLARIN NƏTİCƏSİNDƏN DANIŞIR, ANCAQ...” Sabiq deputat sensasiyalı faktları açıqladı

“NAZİR İSLAHATLARIN NƏTİCƏSİNDƏN DANIŞIR, ANCAQ...” Sabiq deputat sensasiyalı faktları açıqladı

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

“Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 70 faizi icra olunmayıb”

“Uşaqların məktəbdən didərgin düşməsi islahatın nəticəsidirmi?!”

Keçmiş deputat, tanınmış təhsil eksperti Etibar Əliyev elm və təhsil naziri Emin Əmrullayevin dünən verdiyi açıqlamalara münasibət bildirib. 

O, xüsusi ilə nazirin iki fikrinin üzərində dayanlb:

“Təhsildə 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük”;

“4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır. Rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik”.

E.Əliyev bildirib ki, Prezidentin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədi tam icra olunmayıb. Sənədi müəkəmməl adlandıran keçmiş millət vəkili xatırladıb ki, Strategiyada 5 strateji istiqamət üzrə islahatların aparılması nəzərdə tutulur. Onun sözlərinə görə, sənəddə yer alan müddəalarının 70 faizi icra olunmayıb. Təhsil eksperti onların bəzilərini xatırladıb:

“Sənəddə yazılır: Orta təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin təmin olunması. İCRA OLUNMAYIB! 

- Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur. Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən təhsil müəssisələri istisna olmaqla, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyildir. Təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi. İCRA OLUNMAYIB! E.Əmrullayev vaxtı ilə maliyyə və idaretmə müstəqilliyi verilmiş bir neçə ali məktəbi bu dəyərdən məhrum etdi.

- təhsilin bütün pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, səriştəyə və fəaliyyətin nəticələrinə əsaslanan əməyin ödənişi sisteminin yaradılması, maliyyələşdirmənin tədrisin keyfiyyət nəticələrinə görə müəyyən edilməsi məqsədəuyğundur. İCRA OLUNMAYIB!

- erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması. İCRA OLUNMAYIB!

-12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumlarının yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə bölünməsi. İCRA OLUNMAYIB!

- kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması. İCRA OLUNMAYIB!

-10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması. İCRA OLUNMAYIB!

-ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi müstəqilliyinin verilməsi. İCRA OLUNMAYIB!

-tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 2 dəfəyədək artırılması. İCRA OLUNMAYIB!

- ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi. İCRA OLUNMAYIB!

- uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün “Səriştəli valideynlər” proqramının hazırlanması; İCRA OLUNMAYIB!

- təhsil müəssisələrinin reytinq sisteminin yaradılması. İCRA OLUNMAYIB!

-təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5–6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması. İCRA OLUNMAYIB!

- müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı. İCRA OLUNMAYIB!

Etibar Əliyev vurğulayıb ki, Prezidentin imzaladığı belə mühüm sənəddə müəyyənləşmiş istiqamətlər üzrə əsas müddəaları həyata keçirilməyib.

“Ancaq nazir islahatların nəticəsindən danışır. Orta məktəb tam şəkildə repetitorluq fəaliyyətinə təslim olunub. Valideynlər qazandıqları vəsaitin əsas hissəsini uşaqlarının hazırlığına xərcləyir. Elm və təhsil naziri hələ bir dəfə də olsun dərslərə davamiyyətdən danışmayıb. Strategiyanın qəbul olunmasından 11 il vaxt keçir. E. Əmrullayev indi rasionallaşmanın vacibliyindən danışır. Uşaqların məktəbdən didərgin düşməsi islahatın nəticəsidirmi?!”, - deyə keçmiş deputat sual edir.

AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Noyabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see187

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see161

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see133

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see127

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see125

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

11 İyul 2025 07:37see125

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see124

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see124

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see124

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see124

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see123

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see122

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see120

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see115

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

11 İyul 2025 10:10see115

Avropa ölkələri Ukraynada qüvvələr yerləşdirmək planlarını razılaşdırıblar

11 İyul 2025 03:55see113

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see111

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

11 İyul 2025 07:40see111

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

11 İyul 2025 09:15see110

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri