Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı növbəti Qaçış Festivalını Türkiyədə keçirəcək
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bu gün ümumi yığıncaq keçirdik və növbəti Qaçış Festivalının Uludağ Kurortunda keçiriləcəyinə qərar verildi".
Teleqraf-ın Şahdağ Turizm Mərkəzinə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Sədri Rüstəm Nəcəfov Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci Sammitinin rəsmi açılışı zamanı deyib.
O bildirib ki, İttifaqa üzv ölkələrdə illik xizək və snoubord yarışları keçirilməsi, həmçinin mədəni tədbirlərin təşkili planlaşdırılır:
“Növbəti yarış gələn mövsüm baş tutacaq və biz çox sevinirik. Ümumiyyətlə, bütün kurortlara baş çəkmişik, amma Uludağ bizim üçün yəqin ki, ilk təcrübə olacaq.”

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1 ci Sammiti başladı
12 İyul 2025 14:20
Kənan Quluzadə: Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək
12 İyul 2025 15:36
Türkdilli dövlətlərin Xizək Kuboku keçiriləcək
12 Yanvar 2025 15:04
Türkdilli dövlətlərin mənəvi dünyasının təcəssümü
01 İyun 2025 00:59
Simpozium türkdilli dövlətlərin mənəvi birliyini möhkəmləndirəcək
27 May 2025 14:38

