Icma.az
close
up
RU
Menu

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

Rusiya Fransa üçün əsas təhdiddir

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

Avropa ölkələri Ukraynada qüvvələr yerləşdirmək planlarını razılaşdırıblar

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

“Eşref” və “Demir” eyni layihədə

Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası

Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan dövlətinin ideoloji kursunda gənc nəslin vətənpərvər ruhda formalaşması, sağlam və savadlı vətəndaş kimi yetişməsi xüsusi yer tutur. Azərbaycan tarixində Heydər Əliyevin, müasir dövrdə isə Prezident İlham Əliyevin siyasi fəaliyyətində gənclərin inkişafına xüsusi dəstək göstərilməsi gələcəyə hesablanmış strategiyadır. Hələ sovet dövründə - 1970-1980-ci illərdə Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi çətin rejimdə gənclərin azərbaycançılıq ruhunda tərbiyəsi və düzgün inkişafı üçün bir çox əhəmiyyətli addımlar atıldı.

Təhsilin əhatə dairəsi genişləndirildi, ən ucqar kəndlərdə belə məktəblər tikildi. Həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Lisey açıldı, Azərbaycan dili dövlət dili kimi Konstitusiyada təsbit edildi. Ulu Öndərin mədəniyyətimizə, ədəbiyyatımıza xüsusi qayğı və diqqəti milli mədəniyyətin inkişafına, milli dəyərlərin qorunub saxlanmasına xidmət etdi, gənclərimizin peşəkar kadr kimi yetişməsinə, keçmiş müttəfiq respublikaların nüfuzlu ali məktəblərində təhsil almalarına, müxtəlif vəzifələrdə irəli çəkilməsinə xüsusi yanaşıldı. Ulu Öndər Heydər Əliyev hələ o zaman uzaqgörənliyi sayəsində müstəqil Azərbaycan dövləti üçün baza yaratdı; savadlı, sağlam, milli kökə və dəyərlərə bağlı gənclərin yetişməsinə böyük önəm verdi və bunun üçün ayrı-ayrı istiqamətlərdə vacib addımlar atıldı. Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. Məhz həmin baza əsasında yetişən gənclik azərbaycançılıq ruhu ilə müstəqil Azərbaycanın qurulmasında canından belə keçməyi bacardı.Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, ölkə özünün istiqlalını, varlığını itirmək təhlükəsində idi: “1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı düşmüş olduğu vəziyyətdən qısa müddətdə xilas etdi. Bu xilaskarlıq missiyasının kökündə müasir azərbaycançılıq ideologiyası dururdu.Respublikamızda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir. Bu ideologiya ilə tərbiyə alan, böyüyən gənclərimiz dövlətçilik ənənələrinə, ideologiyasına sədaqət nümayiş etdirirlər. Bu gün gəncliyi öz ardınca aparan Prezident İlham Əliyev də gənclik illərində Heydər Əliyev məktəbini keçib. Vətən sevgisi, sədaqət və dəyanət kimi amilləri ehtiva edən bu məktəb özünün uğurlu məzunu və davamçısı tərəfindən müasir rakursda davam etdirilir. Məhz Vətənə, dövlətə bağlı olan gənclərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyaya nümunə ola biləcək yeni hərb tarixini yazdılar. “Torpaqdan pay olmaz” ənənəsinə sadiq qalan, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq üçün canından keçən gənclər bizim milli qürur yerimizdir. Ulu Öndər haqlı olaraq deyirdi ki, ölkəmizin tərəqqisi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu gün gənclərin hərtərəfli inkişafı yüksək səviyyədə təmin edilir.Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin dövlət idarəçiliyində önə çəkilməsində Ümummilli Liderin təşəbbüsü və iştirakı ilə keçirilən gənclər forumlarının xüsusi rolu olub. Ulu Öndərin Sərəncamı əsasında I Gənclər Forumunun keçirildiyi gün – fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi elan edildi. Sonrakı illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyət istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli rol oynadı”.Deputat dövlətimizin başçısının gənclərə münasibətinin, dəstəyinin müqayisəolunmaz olduğunu vurğulayıb: “Prezident gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ardıcıl müxtəlif illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarını təsdiq edib. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib. “Gənclər İli”, “Könüllülər İli”, müxtəlif dövrlər üçün “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Yüksəliş” proqramı və digər layihələr gəncliyə diqqət və qayğının göstəricisidir. Bu proqram və layihələr çərçivəsində minlərlə gəncimizin müasir dövrün tələbinə uyğun inkişafına dövlət tərəfindən xüsusi dəstək verilir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see191

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see165

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see155

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see136

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see128

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see127

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

11 İyul 2025 07:37see126

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see126

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see125

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see125

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see125

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see125

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see120

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see117

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

11 İyul 2025 10:10see116

Avropa ölkələri Ukraynada qüvvələr yerləşdirmək planlarını razılaşdırıblar

11 İyul 2025 03:55see114

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

11 İyul 2025 09:15see113

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

11 İyul 2025 07:40see113

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see112

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri