Icma.az
close
up
RU
Ulu Öndər Heydər Əliyevin müasir tariximizdə milli və siyasi birlik ideologiyası

Ulu Öndər Heydər Əliyevin müasir tariximizdə milli və siyasi birlik ideologiyası

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ərazi olaraq tanınmışdır. Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa egidası altında keçirilən və beynəlxalq dialoqu təşviq edən forumlar ölkəmizin bu sahədə nüfuzunu daha da artırmışdır. Azərbaycan dünyada təkcə ölkəmizdə yaşayan 30-dan çox xalqın, 4 səmavi dinin və digər humanist dini cərəyanların nümayəndələrinin qardaşlığının, dostluğunun nümunəvi məkanı deyil, həm də qlobal dialoq məkanı kimi dəyərləndirilməyə başlanılmışdır. Zaman-zaman müxtəlif etnik və dini konfessiyalar arasında yaranan birlik sonunda Azərbaycan dövlətini formalaşdırmış və dövlətin gücünün əsasını təşkil etmişdir. Dövlətimizin daha da güclü, millətimizin daha firavan həyatı üçün bütün güclərini sərf edən, bir bayraq altında birləşərək vahid Azərbaycan xalqını formalaşdıran hər bir etnosun ləyaqətli nümayəndəsinin dilinin əzbəri olan Ulu Öndər Heydər Əliyevin “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi dövlətimizin ideologiyası olan Azərbaycançılığı doğurmuşdur. Bunun nəticəsidir ki, Azərbaycanda dialoq tam təbii əsaslar üzərində formalaşmış və dövlətimizin gücünün, təhlükəsizliyinin sütunlarından birinə çevrilmişdir.

Müstəqil Azərbaycanın dövlət siyasətində ölkəyə fayda gətirən, milli təhlükəsizliyimizə və xalqımızın firavan gələcəyinə xidmət edən son dərəcə vacib qlobal, regional və ölkədaxili dialoq təşəbbüsləri ilk dəfə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə rəsmi dövlət mövqeyi kimi ortaya qoyulmuşdur. Transmilli korporasiyaların və onların təmsil etdiyi güclü dövlətlərin Azərbaycanın təşəbbüsü olan iqtisadi dialoqda - “Əsrin müqaviləsi”nin imzalanmasındakı təmasını ilk belə platforma hesab edə bilərik. Planetar düşüncə adamı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük uzaqgörənliklə reallaşdırdığı bu iqtisadi dialoq mühiti, əslində, təkcə ölkəmizin təbii resurslarından səmərəli istifadə nəticəsində dövlətimizin daha da güclənməsi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması missiyası daşımırdı. Bu platforma həmçinin Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin ömrünü Azərbaycanın müharibəyə hazır olacaq gücü qazanana qədər uzatmaq, təhdidləri neytrallaşdırmaq və qlobal antaqonist güclərin Azərbaycan üzərindən səmərəli birgə fəaliyyətini qurmaq niyyəti daşıyırdı.

Ulu Öndərin uzaqgörənliklə yaratmış olduğu Yeni Azərbaycan Partiyası da əslində Azərbaycan naminə milli birlik nümayiş etdirən Azərbaycan xalqın siyasi platforması kimi yarandı. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Hərbi məğlubiyyət daxili böhranla tamamlanmaqda idi. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqilliyini sual altında qoymuşdu. AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, ölkənin təcrid olunmuş vəziyyətə düşməsi, daxildə vətəndaş müharibəsi təhlükəsi xalqın milli və siyasi birliyini – bir sözlə YAP-ın yaranmasını tarixi zərurətə çevirmişdi.

Ümummilli Lider Heydər Əliyevin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqliyi Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Milli birlik siyasi birlik şəklində daha da möhkəmləndir və vahid ideologiyadan çıxış etməyə başladı.

Ümummilli Lider Heydər Əliyevin müxtəlif spektrlərdə formalaşdırdığı birlik və dialoq mühiti Azərbaycanın hətta ərazi bütövlüyü məsələsində - 30 ilə yaxın müddətdə davam edən Qarabağ münaqişəsinin həllində belə dialoq və sülh tərəfdarı olduğunu bütün dünyaya nümayiş etdirirdi. Milli və siyasi birliyə əsaslanan dialoq strategiyası Azərbaycanın beynəlxalq enerji layihələrində iştirakının təməlini qoydu, Xəzər dənizinin statusu məsələsini davamlı olaraq gündəmdə saxladı, Azərbaycanı istər qonşu, istərsə də uzaq ölkələrin ortaq dialoq məkanına çevirdi. Sonra isə dünyanın siyasi mənzərəsini dərindən duymaq, onun gələcək istiqamətlərini dəqiq proqnozlaşdıraraq dahiyanə qərarlar qəbul etmək kimi böyük siyasi miras və Azərbaycanı bu yolda bütün təhlükələrdən qorumaq vəsiyyəti bu müqəddəs və taleyüklü yolun ləyaqətli yolçusu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ötürüldü.

Azərbaycana Prezident kimi rəhbərlik etdiyi bütün dövr ərzində cənab İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi irsini ləyaqətlə və yüksək peşəkarlıqla davam və inkişaf etdirərək ölkəmizə istər xarici, istərsə də daxili siyasətdə böyük uğurlar qazandırmışdır. Bu uğurlar təkcə ölkəmizin inkişafı və tərəqqisi üçün deyil, beynəlxalq və regional təhlükəsizliyin və qarşılıqlı etimadın təmin olunması üçün də böyük əhəmiyyət kəsb etmişdir. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə Azərbaycan regional müstəvidə bir neçə üçtərəfli və çoxtərəfli formatların təşəbbüskarı olmuşdur. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə Pakistan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi dialoq platformaları regional problemlərin müzakirəsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin spektral inkişafı baxımından olduqca əhəmiyyətli təşəbbüslərdir.

Qlobal miqyasda olduqca böyük səmərə verən dialoq təşəbbüslərini mədəniyyət, din, hərbi, siyasi, iqtisadi müstəvidə öyrənən araşdırmaçılar bəzi hallarda siyasi və iqtisadi birlikləri, həmçinin dialoqları müvəqqəti xarakterli hesab edir və bu təşəbbüsləri ötəri problemlərlə məşğul olan hal kimi qələmə verirlər. Lakin reallıq tamam başqa həqiqətləri diktə etməkdədir. Əgər ölkədə siyasi və millik birlik, həmçinin plüralizm, dialoq mühiti və bunun qazandırdığı siyasi sabitlik olmazsa, o zaman həmin ölkədə davamlı inkişafdan söhbət gedə bilməz. Baş verməsi mümkün olan siyasi çəkişmələr öz potensialında süni şəkildə körüklənmiş iğtişaşları, icazəsiz dinc, yaxud silahlı aksiyaları, milli-dini münaqişələri, suverenliyə və müstəqilliyə təhdidləri ehtiva edir. Bu səbəbdən də məkrli və Azərbaycan dövlətçiliyinə müxalifətdə olan xüsusən xarici qüvvələri, həmçinin də daxili birlikləri neytrallaşdırmaq üçün siyasi-ideoloji birlik təşəbbüsləri son dərəcə vacibdir və bu davamlı hal almalıdır. Milli və siyasi birliyin davamlı olması, Ulu Öndər ideyalarının əbədi yaşaması üçün vətənpərvər və milli dövlətçilik təfəkkürü olan nəsillər yetişdirmək, gənc nəsli arzulanan gələcəyə hazırlamaq lazımdır. Bu hər bir ölkənin rifahı, suverenliyi və davamlı gələcək inkişafı üçün zəruri məsələdir. Gələcək nəsil xüsusilə bu məqamı anlamalı və ölkəmizdə siyasi həmrəylik mühitinin daha da dərinləşməsi, onun ölkəmiz, xalqımız üçün faydalı olması üçün daim hazırlıqlı olmalıdır. Belə olan halda dövlətimizin müstəqilliyi əbədi, dönməz və sarsılmaz olacaq, insanlarımız daim sülh və rifah içində yaşayacaqdır.

Həbib Misirov,
YAP Kəlbəcər Rayon Təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 May 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see207

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see198

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see189

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see168

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see157

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see142

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

07 Noyabr 2025 23:49see140

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see133

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see132

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see132

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see130

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see129

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see129

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see123

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see121

Liqa 1: “Renn” səfərdə “Paris”dən üstün oldu VİDEO

08 Noyabr 2025 02:22see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri