Icma.az
close
up
RU
''ChatGPT”yə yeni funksiya gəldi Artıq bunu da edə biləcək

''ChatGPT”yə yeni funksiya gəldi Artıq bunu da edə biləcək

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Son dövrlər milyonlarla insan sağlamlıqla bağlı suallarına cavab almaq üçün süni intellektə üz tutur. İndi isə ''ChatGPT'' istifadəçilərin tibbi analizlərini, qəbul etdikləri dərmanlar və ağıllı saat məlumatlarını analiz edə biləcək yeni funksiyanı istifadəyə verib. Bununla yanaşı, mütəxəssislər bu yeniliyin bəzi risklər daşıdığı barədə xəbərdarlıq edirlər.

"Yeni Sabah" xəbər verir ki, ''OpenAİ'' istifadəçilərə analiz nəticələrini, tibbi keçmişini, qəbul etdikləri dərmanlar və ağıllı saatlardan əldə olunan məlumatları ''ChatGPT''yə yükləməyə imkan verən "ChatGPT Sağlamlıq" funksiyasını təqdim edib.

Şirkətin məlumatına görə, yeni sistem əvvəlki analizləri müqayisə edə, həkim müayinələri arasındakı dəyişiklikləri ümumiləşdirə, yuxu və fiziki aktivlik göstəricilərini təhlil edə bilir. pizza

Bildirilir ki, hazırda həftəlik təxminən 300 milyon nəfər sağlamlıqla bağlı sualları üçün ''ChatGPT''dən istifadə edir.

Bununla belə, mütəxəssislər süni intellektin həkimi əvəz edə bilməyəcəyini vurğulayırlar. Onların sözlərinə görə, bəzi hallarda süni intellekt yanlış və ya təhlükəli tibbi məsləhətlər verə bilər. Buna görə də istifadəçilər əldə etdikləri məlumatlara kor-koranə etibar etməməli, mütləq həkimə müraciət etməlidirlər.

Qeyd olunur ki, əvvəllər süni intellektin yanlış tövsiyələri səbəbindən ciddi sağlamlıq problemləri yaşayan, hətta həyatını itirən şəxslərlə bağlı hadisələr də qeydə alınıb. ''OpenAİ'' isə bəyan edib ki, ''ChatGPT''' həkim deyil və peşəkar tibbi müayinə, diaqnoz və müalicəni əvəz etmir. Şirkət həmçinin istifadəçilərin paylaşdığı tibbi məlumatların modelin öyrədilməsi və ya reklam məqsədilə istifadə olunmayacağını, bu məlumatların əlavə şifrələmə üsulları ilə qorunacağını açıqlayıb.

Lakin kibertəhlükəsizlik mütəxəssisləri hesab edirlər ki, süni intellekt şirkətlərinin gələcəkdə xidmət şərtlərini dəyişməsi ehtimalı tam istisna edilə bilməz. Bu səbəbdən həssas şəxsi tibbi məlumatların uzunmüddətli taleyi ilə bağlı narahatlıqlar qalmaqdadır.

Mütəxəssislər sonda bir daha xatırladıblar ki, süni intellektdən alınan hər bir tibbi məlumat və tövsiyə mütləq həkim nəzarəti ilə yoxlanılmalıdır.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 İyul 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri